Artıq qalmış sabuları atmayın, belə maye sabuna çevirin

Müəllif: Marsell
Şərhlər: 3
Baxılıb: 2 230
Səs ver:
(səs: 0)
Satışda çeşid-çeşid sabunlar satılır. Zeytunlu yaşıl, moruqlu qırmızı, limonlu sarı və.s. Əslində bunlar hamısı süni qatqı və rənglərdir. Bəzən tərkibi belə bəlli olmur. Sabunların təkibində olan süni və kimyəvi qatqılara fikir vermədən əllərimizi hətta üzümüzü belə yuyuruq. Ona görə də əllərin, üzün dərisi öz təravətini itirir və tez qırışır.

Əksər vaxt ictimai yerlərdə bərk sabunlardan qoyulur. İnsanlar, bunun riskli və təhlükəli olmasına diqqət etmədən istifadə edir. Mikroblardan uzaq olmaq üçün evdə də, ictimai yerlərdə də maye halda olan sabunlardan istifadə etmək daha səmərəlidi. Dərimizin gözəlliyini qorumaq üçün mütləq istifadə etdiyimiz məhsulların təkibinin təbii olmasına fikir verməliyik.
Sabun qalıqlarını atırsınızmı? Axı hər şeyə qənaət etmək gərəkdir.
Amma indi mən əminəm ki, bu məlumatı oxuyandan sonra heç kim sabun qalıqlarını atmayacaq, əksinə onları toplayacaq.

Sabun qalıqlarını bi bankaya yığın. Lazımı qədər yığıldıqdan sonra onları rəndələyin üzərinə isti su, qliserin, limon şirəsi əlabə edib, boşalmış maye sabun qablarına yığın. resept çox sadədir.

Rəndələnmiş sabun — 1 stakan
E vitamini – 5 kapsula
Qliserin – 2 x.q
Yarım limonun suyu
Su – 2 litr

İsti suyun içinə sabun tökülür taxta qaşıqla qarışdıra- qarışdıra qalan məsullar tökülür və qaynadılır. Qaynadıqda sabun artıq hazır sayılır. Qablara töküb qırış ya başqa təhlükədən uzaq olaraq əllərinizi və üzünüzü rahat-rahat yuya bilərsiniz.

Bura qatılan otları dəyişə də bilərsiniz. Əl və bədənə müsbət təsir edən otlar yağlar qata bilərsiniz. Məsələn: nanə, sürvə, cobanyastığı, lavanda otları ya ərik, qoz, limon və.s yağlardan qata bilərsiniz. Qatılan otlar ya paket şəkilində ya da tənizifin arasında tökün ki suya dağılmasın. Sabun hazır olduqdan sonra otları atmaq lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri