Başgicəllənmədən xilas olmağın ən asan yolu tapıldı

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 1 659
Səs ver:
(səs: 0)
D vitamini qəbul etmək vasitəsi ilə mütəmadi müşahidə olunan başgicəllənməni azaltmaq mümkündür.

Qadınla.Com bildirir ki, bu qənaətə koreyalı alimlər gəlib.
Elm adamları xoşxassəli pozisyonal patoksizmal başgicəllənmənin (XPPB) medikamentoz yolla mümkün korreksiyasını araşdırıblar. Bu, vestibulyar aparatının ən geniş yayılmış xəstəliyidir. Qeyd olunub ki, qadınlar bu xəstəliyə kişilərdən daha çox tutulurlar. Xəstəlik ölümcül olmasa da, həyat keyfiyyətinə öz mənfi təsirini göstərir.

Bildirilib ki, araşdırmada fizioterapevt müalicəsi təyin edilmiş XPPB diaqnozlu 957 koreyalı iştirak edib. Onların bir qrupuna müəyyən dozada vitamin D ilə kalsium verilib, digərləri isə sadəcə plasebo (heç bir real effekti olmayan həb; müalicə imitasiyası) qəbul edib.

Bir il sonra məlum olub ki, vitamin D və kalsium qəbul edənlərdə başgicəllənmənin mütəmadiliyi ortalama 24% azalıb.

"Bizim araşdırmamız onu göstərir ki, kalsium və vitamin D qəbulu başgicəllənmə residivlərinin mütəmadiliyini azaltmağa kömək edə biləcək minimal yan təsirləri olan ucuz bir müalicə vasitəsidir", - araşdırmanın həmmüəllifi Ci-Su Kim bildirib.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri