Sarımsaq Sarımsaq təzyiqi aşağı salan qidalar arasında ilk yerdədir. Güclü antibiotik olaraq bilinən sarımsaq çiy yeyiləndə xolesterini aşağı salmağa kömək edir.
Ananas Qan laxtalarını yox edir və qanı sulandırır. Təzyiqi aşağı salmağa kömək edir. Həftədə ən az 1 dəfə yeyərək təzyiqinizi nizamlaya bilərsiniz.
Kərəviz Çində əsrlərdir təzyiq salan qidalar arasında göstərilir. Yüksək təzyiqi olanlar bu ərzağa üstünlük verməlidir.
Pomidor Təzyiqi aşağı salan qidalar arasında ən ləzzətlisi pomidordur. Təzyiqi aşağı salan amino turşuları ilə zəngindir. Çiy olaraq yemək daha faydaladır.