Kələm haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 209
Səs ver:
(səs: 6)
Kələm alarkən üst yarpaqları saralmış və ya solmuş kələmləri almayın.

Kələm çox qaldıqda yarpaqları solur. Bunun qarşısını almaq üçün kələmi buzlu suya salın və bir neçə dəqiqə saxlayın. Yarpaqların yenidən canlandığını görəcəksiniz.

Kələmin yarpaqlarını ayırmaq üçün kök hissəsini bıçaqla oyaraq ayırın və kələmi başıaşağı isti suyun içərsinə qoyun. 5 dəqiqə gözlədib sonra soyuq suya salın. Kələmin yarpaqlarının bir-birindən necə asan ayrıldığını görəcəksiniz.

Kələm bişirərkən evinizə yayılan qoxunun qarşısını almaq istəyirsinizsə..

1)      Almanın qabığını soyub kələmi bişirdiyiniz suya atın. Beləliklə, həm qoxunun qarşısını alar, həm də kəlmin daha asan həzm olunmasına kömək etmiş olarsınız.

2)      Kəlmi bişirdiyiniz suyun içinə bir az çörək içi atın. Əgər çörək içinin yeməyə qarışmasını istəmirsinizsə, kiçik, təmiz bir torbanın içərsində qoyun.

3)      Kələm bişirərkən qoxunun qarşısını almaq üçün suya bir neçə dəfnə yarpağı atın.

4)      Kələmi bişirəcəyiniz suya bir qədər duz və iki qaşıq sirkə əlavə edin. Suyun üzərində köpük əmələ gəldikdən sonra kələmi suya salın.

5)      Kələm bişirərkən işərsinə bir ədəd qoz qabığı atın. Beləliklə, kələmdən şıxan qoxunun qarşısını almış olarsınız.

 






(səs: 6)
Şərhlər: 4
Baxılıb: 7 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri