Qadınların qorxulu kabusu - Ziyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 12 662
Səs ver:
(səs: 0)

Ümumi məlumat

Ziyil – dəridə əmələ gələ xoşxassəli şişdir. Ayaqda əmələ gələn ziyillərə daban ziyilləri deyilir. Bu növ ziyillər bəzən özü özünə keçir, bəzən isə illərlə yox  olub, yenidən əmələ gələ bilirlər.


Ziyilin əmələ gəlməsinə səbəb.

Dərinin İnsan Papiloma Virusuna yoluxması. Virus əsasən nəm yerlərdə aktiv yayılır (məsələn, ümumi hamam, duş və soyunma otaqlarında).


Əlamətləri.

Ziyil qabarıq düyünə bənzəyir. Onlar tək-tək və ya topa-topa olurlar. Daban ziyilləri adətən səthi olur. Daban ziyili ağrı verdiyi halda mütləq həkimə müraciət etmək lazımdır.


Fəsadlar.

Ziyilin bədənin başqa hissələrinə yayılması.


Nə etmək olar?

Ziyili qoparmaq, kəsmək olmaz, çünki bu virusun yayılması ilə nəticələnə bilər. Həkimə müraciət etdikdə həkim onu lazerlə, elektriklə yandıraraq və ya  krioxirurqiya vasitəsilə (maye azotdan istifadə edərək) yox edəcəkdir.

Ziyildən əziyyət çəkən şəxslə birbaşa əlaqədən uzaq durun. Özgə adamın corabını, ayaqqabısını geyinməyin. Hovuz, hamam kimi məkanlarda ayaqyalın gəzməyin.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 12 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri