Yuxularımız və onların mənaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 410
Səs ver:
(səs: 2)

Çətin ki, heç vaxt yuxuyozan kitablara baxmayan insan olsun. Bəs bu kitablarda yazılanlara etibar etmək olarmı? Yuxularımız bizim gələcəyimiz və keçmişimiz haqqında nələri danışa bilər?

 

 

Bildiyiniz kimi, çox sayda yuxuyozan kitablar mövcuddur. Amma onların içində ən məşhuru Millerin yuxuyozan kitabıdır. Bu gün biz sizə yuxuların yozulması zamanı bəzi məqamları çatdırmağa çalışacayıq.

 

 

İlk növbədə, deyirlər ki, səhərə yaxın görülən yuxular deyil, yalnız gecə vaxtı görülən yuxular gerçəkləşir. Buna görə səhər saat 5-ə qədər görülən yuxulara diqqət etmək lazımdır. Yuxuların düzgün yozulması üçün görülən hər bir detal əhəmiyyətlidir. Bəs onda gecə görülən yuxuları necə yadda saxlamaq olar? Əlbəttə, təklif etmək olar ki, gecə yuxudan oyanan kimi dərhal öz yuxularınızı bir vərəqə yazın, amma çətin ki, sizin bu ideyadan xoşunuz gəlsin. Ona görə, səhər yaddaşımızda qalanlarla kifayətlənməli olacayıq və ayrı-ayrı fraqmentlərə görə gələcək hadisələrin şəklini təşkil edəcəyik. Bunu səhər yuxudan oyanan kimi edin, əks halda nahara kimi yuxu haqqında bütün xatirələr tamamilə silinir. Qoy Millerin yuxuyozan kitabı sizin yatağınızın yanında olsun.

 

 

Bizim bir çox yuxularımız beynimizdən gələn siqnallardır. Belə ki, əgər ana yuxusunda uşağının pəncərədən düşməsini görürsə, bu ananın öz uşağının üzərində həddindən artıq məsuliyyətli münasibətinin təzahürüdür.


Əgər siz yuxuda bir gecə köynəyində küçəyə çıxmısınızsa, və bundan çox utanırsınızsa, bu o deməkdir ki, real həyatda siz öz reputasiyanız haqqında çox narahat olursunuz və hər "səhv hərəkət” -ə görə özünüzü günahkar hesab edirsiniz.

 

 

Əgər siz yuxuda təmiz, şəffaf suda üzürsünüzsə, onda bu xoşbəxtlik, karyerada və sevgidə müvəffəqiyyətlərə işarə edir. Əgər su bulanıqdırsa , deməli qələbəyə gedən yol çətin olacaq. Yuxuda hürən itlər ziyan gətirməyən, lakin əsəb yaradan düşmənlərə işarə edir. Böyük, ağ it isə sadiq dost simvoludur. Əgər bir xanım yuxuda balıq tutarsa, bu hamiləliyə işarə edir (ən düzgün əlamətlərdən biridir).

 

 

Əziz dostlar! Siz öz yuxularınızı burada yoza bilərsiniz:

 

 

Yuxuyozmalar
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri