Dağınıqlıqdan bezdinizmi ?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 084
Səs ver:
(səs: 3)
Budur ilk olaraq evdə olan və qutulanması ya da nizama salınması lazım olan işlərin siyahısını edərək başlayın. Ayrıca nə qədər qutu və qaba ehtiyacınız var, ölçüləri nə olmalı bunları hesablayın.

Hər kəsin evində mütləq bəzi CD, kitab və jurnallar ya da köhnə paltarlar vardır və bunlardan bəzən istəsək də imtina edə bilmərik. Amma təəssüf ki, bu tərz əşyalar evdə sıxlıq meydana gətirərlər.

İlk olaraq kitablardan başlayın
İstifadə etmədiyiniz nə qədər kitablarınız var isə qutuya yerləşdirin və qutunun üzərinə də içində hansı növ kitablar olduğuna dair ad siyahısı edərək yaza bilərsiniz. Lazım olduğunda nə harada idi deyə də axtarışınıza gərək qalmaz. Dərhal üzərindəki nota baxaraq işinizi praktik olaraq həll etmiş olarsınız. Eyni şeyi CD və s. əşyalarınız üçün də tətbiq edə bilərsiniz.

Mövsümlük paltarlar
Yenə bunların xaricində yaz və qış mövsümü üçün istifadə edilməyən mövsümlük paltarlar. Bunlar hər vaxt hər yerdə çoxluq və problem yaratmışdır. Başqa sözlə istifadə etmədiyiniz paltarlarınızı da ayrı-ayrı qutulayaraq eviniz də olan uyğun yerlərdə yığa bilərsiniz. Həm bir az olsun paltar şkafınız rahat nəfəs almış olar.

Əgər mümkün isə, istifadə edilməyən paltarları ütüləyib qutuya yerləşdirsəniz bir az olsun qırışmasını önləmiş olarsınız.

Ayrıca evinizdə kafi yeriniz yox ya da bəzi paltar və ayaqqabıları bir daha əsla istifadə etməyəcəyinizi düşünürsünüzsə, bunları qutulayıb kömək dərnəklərinə çatdıra bilərsiniz. Bu sayədə həm evdəki çox əşyalardan xilas olarsınız, həm də bəzi insanları sevindirmiş olarsınız.

Etmiş olduğunuz siyahıları qutuların sağ yan küncünə yapışdırın, qutuları üst - üstə qoyduğunuzda və təkrar qutulara baxmaq istədiyinizdə ehtiyacınız olan qutunu endirmədən içində nə olub - olmadığını yan tərəfindəki siyahıya baxaraq asanlıqla məlumat sahibi olarsınız. Gərəksiz bir çox dəfə əməliyyatı etməkdən və əsəb olmaqdan da xilas olarsınız.
 
/Mənbə.Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri