Qəhvə ləkəsi:
Qəvə ləkəsinin düşməni yumurta sarısıdir. İlıq suya bir yumurta sarısı töküb ,yaxşıca qarışdırın. Onu ləkənin üstünə töküb 1-2 dəqiqə gözləyin sonra su ilə yuyun. Ləkənin necə yox olduğunu görəcəksiniz.
Qan ləkəsi:
Çox ehtimal ki, qan ləkəsi gün ərzində ən çox rastlaşdığımız problemlərdən biridir. Soyuq suya çoxlu duz tökün. Sonra bu məhlulu ləkənin olduğu yerə töküb, qalan duzla ləkəni ovun. 1-2 dəqiqə sürtdükdən sonra sabunla yuyun.
Dodaq boyası ləkəsi:
Çətin ləkələrdən biridir. Bu ləkəni aparmaq üçün ən yaxşı vasitə qabartma tozudur. Dodaq boyası dəymiş paltarınızı qabartma tozu ilə yusanız ləkəni təmizləmiş olarsınız. Bəzi məlumatlara görə saç spreyləri də dodaq boyası ləkəsi üçün faydalıdır.