Hamamda bunları qətiyyən etməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 791
Səs ver:
(səs: 4)
Hamam evimizdə gigiyenik təmizlik üçün ən vacib bucaqlardan biridir. Hamamda etdiyimiz hər şeyin düzgün olduğunu düşünürük. Ancaq bəzən səhvlərə də yol verə bilərik. Bəs bu səhvlər nələrdir?

1. Diş fırçalarını unitaza yaxın yerdə saxlamaq
Unitazı nə qədər yusanız da, ora yenə də bir mikrob mənbəyidir. Buna görə mütəxəssislər unitazın qapağının həmişə bağlı saxlanılmasını və diş fırçalarını qapalı bir qabda saxlamağı məsləhət görürlər.

2. Yaş dəsmallar
Bakteriyalar yaş dəsmallarda daha çox toplanır. Yaş dəsmallarla qurulandığınızda vücudunuzdakı yaralarınıza infeksiya düşməsi halları daha çox olur. Bunun qarşısını almaq üçün dəsmalların bir nəfərdən artıq şəxsin istifadə etməməyi, yaş halda istifadə edilməməyi, tez-tez dəyişdirilməsi lazımdır.

3. Hamam kisəsi
Sintetik kisələrdən uzaq durun. Kisənin 8 həftədən bir dəyişdirilməsi lazımdır. Yoxsa hamam kisəniz bakteriyalarla zəngin olacaqdır.

4. Əl yumaq
Yoluxucu xəstəliklərin qarşısını almağın ən asan yolu əlləri tez-tez yumaqdır. Ancaq mütəxəssislər sadəcə əllə yumaqla kifayətlənməyin düzgün olmadığını bildirib. Əllər yuyularkən uzağı 20 saniyə sabunlu qalmalıdır.

5. Duş pərdəsi
Duş pərdəsinin uzun və ya yerlə təmasda olması onun aşağı hissəsinin hər zaman yaş olmasına və kiflənməsinə səbəb olacaq.

6. Hər yeri eyni vasitəylə təmizləmək
Unitaz, əl-üz yuyan, hətta hamam güzgünüzü fərqli fırçalarla təmizləməlisiniz. Yoxsa bakteriyalar fırçayla digər hissələrə hopar və nəticədə hər tərəf bakteriyalarla zəngin olar.

7. Şampun istifadəsi

Saç dəriniz təbii yağını özü istehsal edir. Bu yağ saçı yan təsirlərə və tökülməyə qarşı qoruyur. Hər gün şampun istifadəsi bu yağın müsbət təsirini azaldır və zərərli ola bilər.

8. Təmizlik
İnfeksiya və xəstəliyə yol açan bakteriyalar əleyhinə hər zaman təmizlik işləri görərik. Ancaq bunun üçün istifadə etdiyimiz vəsaitlərin çoxu kimyəvi maddələrlə zəngindir. Bu cür vəsaitlər dəri və tənəffüs xəstəliklərinə yol aça bilər. Buna görə istifadə etdiyiniz ləvazimatların tərkibinə diqqət edin.

9. Hamam döşəməsi

Hamamın döşəməsi bakteriya ilə doludur. Döşəməni tez-tez təmizləyin və mümkün qədər döşəmənin üstündə ayaqyalın gəzməyin.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri