Bir çox insanlar stress keçirərkən çox yeyirlər. Bu da, öz növbəsində, artıq çəkiyə səbəb olur.
stress zamanı artıq qida qəbulunun qarşısını alan dərman vasitəsi kəşf
olunub. Təbiblər bu dərman vasitəsinin hazırlanması üçün çoxsaylı
araşdırmalar aparıblar.
Stress zamanı artıq yemək hadisəsini lokallaşdırmaq üçün Amerikanın Qida
məhsulları və dərman preparatları üzərində Sanitariya nəzarəti
idarəsinin mütəxəssisləri anoloqu olmayan preparat qeydiyyatdan
keçiriblər. Bu preparat stressli situasiyalara qarşı işləyir.
Alimlər dərman vasitəsinin effektivliyinə şübhə etmirlər. Çünki 724
nəfərin iştirakı ilə keçirilən kliniki sınaqlar müsbət nəticə verib.
Dərmanın əsas təsir qüvvəsi lisdeksamfetamin dimesilat maddəsi ilə
əlaqədardır. Bu maddə qida qəbul etmə normasını nizama salır. Bununla
belə dərman yan təsirlərə də malikdir. Qəbul edən adamlarda susuzluq,
yuxusuzluq və narahatlıq kimi hisslər yaranır.