Boyalı dırnaqlarla yemək bişirməyin

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 746
Səs ver:
(səs: 3)
Tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat içində 1 milyard bakteriyaya çevrilir
Əziz xanımlar, yemək bişirərkən dırnaqlarınız uzun və laklı olurmu? O zaman yazdıqlarımızı diqqətli oxuyun! Əslində nə olmaz…!

Yaddan çıxartmayın, tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat içində 1 milyard bakteriyaya çevrilir. Bəzi bakteriyalar qaynar su altına belə 1 saat canlı qala bilir. Bakteriyalar çoxalmaq üçün proteinlə zəngin olan ərzaqları sevirlər. Ət, süt, toyuq, balıq, yumurta onların ən "sevdikləridir”. Ona görə də bu ərzaqlar potensial təhlükəli məhsullardır.
Dırnaqlarınız mütləq qısa olmalıdır. Bundan başqa, boyadan, üzük, zinət əşyalarından istifadə etməyin. Əllərdə yara, kəsik, sıyrıq varsa, yemək bişirərkən antibakteriyalı məlhəm sürtərək, su keçirtməyən bandaj ilə bağlamaq lazımdır. Ərzaqlarla işləyərkən əsla və əsla ağız, burun və saçlarınıza toxunmayın. Siqaret çəkməyin, saqqız çeynəməyin. Dad kontrolu zamanı qaşıqla deyil, xörəyi başqa bir qaba tökərək istəyinizi reallaşdırın. Əllərinizi tez-tez yuyun. Ətin möhürlü, elastik, rəng və qoxusunun normal olmasına diqqət yetirin. Soyuducunun qapısını çox açıq saxlamayın. Ətləri ayrı-ayrı paketlərdə soyuducunun ən soyuq hissəsində saxlayın.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri