Soyuducudan düzgün istifadə etmək qaydalarını təqdim edirik..
Soyuducunuzu sərfiyyatla və doğru şəkildə istifadə etmənin yollarını
bilsəniz; həm enerji sərfiyyatında qazanarsınız, həm də yeyəcəklərin tez
xarab olmasının qarşısını ala bilərsiniz..
Üst Rəf
Soyuducun ən üst rəfində pendir, bişmiş yemək, ət və balıq
yerləşdirilməlidir. Bondurucunun altında olan rəf digər qatlara görə
daha soyuqdur və qidaların təzəliyini qoruyar. Artıq qalan yeməkləri
ağızını bağlayaraq üst rəfdə 3 gün boyunca saxlaya bilərsiniz. Əlbəttə
ki ən doğrusu yeməyi saxlamamaq, təkrar istilətmədən yeməkdir.
Orta Rəflər
Süd, qatıq, qaymaq kimi süd məhsulları soyuducunun orta rəflərinə
yerləşdirilməlidir. Açılmış paketlər ən çox 4 gün saxlana bilər.
Tərəvəzlik(alt rəf)
Çiyələk, böyürtkən kimi meyvələr , cəfəri, keşniş,şüyüd kimi yaşıl
yarpaqlı tərəvəzlər tərəvəzlik gözündə saxlanmalıdır. Həssas meyvə və
tərəvəzlər olduqlarından tərəvəzlik bölməsində keyfiyyətini itirmədən 3
gün saxlamaq olar.
Banan, mango, portağal, naringi kimi meyvələri soyuducuda saxlamaq
məcburiyyətində deyilsiniz. Açıq rəfli meyvəliklərdə ya da nəmdən uzaq
şkafda da mühafizə edə bilərsiniz.
Xiyar və bibər kimi sulu tərəvəzlər çox qısa müddətdə keyfiyyətini
itirəcəyi üçün soyuducuda ən çox 2 gün saxlanıla bilər. Ən doğrusu
yeməyiniz qədər alıb, istifadə etməkdir.
Soyuducunun qapağı
Kərə yağ, marqarin, yumurta, cem, içkiləri saxlamaq üçün soyuducu
qapısındakı rəfləri istifadə edə bilərsiniz. Burada diqqət yetirməniz
lazım olan nöqtə isə soyuducunun qapağı açılıb bağlandığında rəfdəki
vəsaitlərin yaxşıca sabitlənmiş,tərpənməmiş olması lazım olduğudur.
Soyuducunun məhsuldarlığını artırmaq üçün içi buz dolu bir kasanı rəflərdən birinə yerləşdirə bilərsiniz.
Soyuducuna çox isti yemək qoymaq daha çox enerji istehlakına və
performansının aşağı düşməsinə səbəb ola bilər,hətta tez xarab olmasına
da şərait yaratmış olar.
Bütün bu məsləhətlərdən istifadə edtsəniz həm enerji sərfiyyatına qənaət etmiş olarsınız,həm də məhsullarınız xarab olmaz.