Marker ləkəsini necə təmizləməli?

Müəllif: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 5 244
Səs ver:
(səs: 2)
Yəqin ki, hər biriniz bu vəziyyətlə qarşılaşmısınız. Əgər evdə uşaq varsa, böyüklərin bir anlıq diqqətsizliyi nəticəsində marker uşaqların əlinə keçir və nəticə heç də ürəkaçan olmur. Marker ləkəsini aparmaq o qədərdə asan deyil.
 Marker ləkəsini silməzdən əvvəl bunları bilmək lazımdır:
 
1. Ləkələrin tam yox olması müəyyən müddət alacaq.Düşünməyin ki,ilk dəfədən ləkələri apara bilərsiniz.

2. Prosedura başlamazdan əvvəl, ləkələnmiş səthi ilıq sabunlu su ilə yuyub qurulamaq lazımdır.
 
3. Əgər bu bulanan səthin bir hissəsində süni boyaq maddəsi varsa, son dərəcə ehtiyatlı olmaq lazımdır.Çünki, marker izini təmizləyərkən, suni boyanıda silmiş olarsınız.
 
Dəridəki ləkə - qoruyucu kremlə
Geyimlərə bulaşan ləkə - əl üçün antiseptik vasitə ilə
Divardaki yazıları - diş pastası və ya saç üçün spreyi ilə
Taxta döşəmələrdəki yazıları - spirtlə
Xalçanın ləkəsini - sirkəylə
Mebelin ləkəsini - südlə
Keramika (şüşə) üzərindəki ləkələri - soda və sirkənin bərabər miqdarda qarışımı ilə silmək lazımdır.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri