Mütəxəssislər açıqladı: soyuq çay daha faydalıdır

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 993
Səs ver:
(səs: 1)

Yay-qış fərqi olmadan - hər mövsüm çay içməyi xoşlayırıq. Çayın insan orqanizmi üçün bir çox faydaları var. Ancaq mütəxəssislər bildirirlər ki, soyuq çay isti çaydan daha faydalı ola bilər.

 

 

"Food Chemistry” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, çayı Tayvan üsulu ilə dəmləyib içdikdə onun tərkibindəki antioksidantlar daha təsirli olur. Bu da bir çox xəstəlikdən qorunmağa kömək edir.

 

Ağ, yaşıl və ya adi qara çayın yarpaqlarını ən az dörd saat soyuq suda saxlayın və daha sonra için. Belə çayın tərkibində adi üsulla dəmlənmiş çaya nisbətən "ECG polifenol” adlı antioksidant daha çox olur. Bu antioksidant alzaymerə, ürək xəstəliklərinə, xərçəngə yaxalanmaq riskini azaldır. Həmçinin xolesterinin səviyyəsini aşağı salır.


(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri