Böyük məbləğdə pul verib aldığınız geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, diqqətiniz bu yazıda olsun.
Şkafınızda
saxladığınız dəri ayaqqabılar baxımsız qaldığı üçün istifadəsiz hala
gəldiyini, ya da adi bir dodaq boyası ləkəsi ucbatından bir də
geyinmədiyiniz o gözəl köynəyi unudun. Yağ və dodaq boyası kimi ləkələri
təmizləmək üçün yuyucu toz istifadə etməyə gərək yoxdur.
Bir müddət
işlətdikdən sonra büstqalterin sağından-solundan çıxan dəmir tellər
bədəni olduqca çox narahat etməyə başlayır. Belə halda edəcəyiniz yeganə
iş dəmir tellər çıxan hissələrə sarğı bantı sarımaqdır. Beləliklə,
həmin dəmirlər yerində qalacaq və sizi narahat etməyəcək.
Havalar
soyumağa başlayır. Şkafımızda gizlətdiyimiz yun jaketləri üzə çıxarmaq
vaxtıdır. Ancaq sağa-sola çıxan yunlar bədəninizi qıcıqlandıra bilər. Bu
problemi yox etmək və tükləri daha yumşaq bir hala gətirmək üçün jaketi
bir paketə qoyub buzluqda 12 saat saxlayın.
Gündəlik olaraq siqaret
çəkilən, spirtli içki içilən insan sıxlığı olan yerlərdə oluruq. Belə
halda geyimlərin üzərinə çökən pis qoxular yusanız, belə getməyə bilər.
Boş şüşə silən qab götürün. 3 stəkan su ilə yarım stəkan vodkanı
qarışdırıb geyimlərinizin üzərinə sıxın.
Ayaqqabılar üçün təmizlik məsləhətləri
Dəri
ayaqqabının üzərindəki ləkələr üçün bir qabın içinə su və sirkə əlavə
edib qarışdırın, Diş fırçası ilə ləkələrin üzərinə tətbiq edin.
Zamş
ayaqqabıları təmizləmək üçün zamş material üçün fırça götürün, su və
vodka qarışımını ləkəli bölgəyə sıxıb fırça ilə nazikcə təmizləyin. .
Canlılığını itirməyən dəri ayaqqabılar üçün adə bir parçanı nəmləndirici losion ilə isladın və ayaqqabını təmizləyin.
Parlaq
rəngli ayaqqabılarınız üçün qulaq təmizləmə çöpünü vazelinə batırın və
ayaqqabınıza sürtün. Yağışlı havalarda ayaqqabınızın quru qalmasına da
yardım edəcək. Ləkələri də aparacaq.
Geyimlərinizə dodaq boyası
ləkəsi batıbsa, ləkənin üzərinə saç lakı sıxıb qurumasını gözləyin.
Sonra maşına yumaq üçün ata bilərsiniz.
Geyimdəki istənilən ləkələri
təmizləmək üçün ləkəni əvvəlcə təraş köpüyü ilə yaxşıca ovun. Həssas
geyimləri ovarkən telefon, eynək silən parçalarından istifadə edə
bilərsiniz.
Yağlı yeməklər sizə kilo qazandıran dadlı bir təam
olmaqla yanaşı çox təhlükəli bir çirk mənbəyidir. Yağ ləkəsini yumadan
əvvəl ləkəli bölgəyə yuyucu sabun istifadə edin. Sabunu tökdükdən sonra
azca ovun. Yağ ləkəsinə qarşı təbaşir, duz da əlavə edə bilərsiz. 1 saat
qurumasını gözləyin. Üfləyin. Ləkə artıq yox olacaq.
Ağ geyimlərdəki
tər ləkələrindən canınızı qurtarmaq üçün bir az limon suyu və soda
qarışdırın, bunu geyimin üzərinə tökün, ovun. Yenə eyni miqdarda aspirin
tozu və oksigenli su istifadə edin.
Qoxuya "bye-bye”, idmana
"hello”! Günün sonunda pis iylənən idman ayaqqabılarının içinə qabartma
tozu səpin və sərin bir yerdə 1 saat saxladıqdan sonra tozu üfləyin.
Sıxılıb qalan zəncirləri (zamok) açmaq üçün qulaq təmizləyici çubuğa vazelin sürtüb həmin bölgəyə vurun.