Maraqlı məsləhətlər - Mətbəx sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 356
Səs ver:
(səs: 3)
Yumurta ləkəsini çıxarmaq üçün ləkəli paltarı əvvəlcə soyuq suda isladın, sonra isə ilıq sabunlu suda yuyun.

Göyərtinin daha yaxşı təmizlənməsi üçün yuduqdan sonar bir qədər sirkə əlavə edilmiş soyuq suda saxlayın.
Göyərtiləri uzun müddət saxlamaq üçün onları yuduqdan sonar şüşə qablarda saxlayın.
Tərəvəzləri duzlu suda yumaq onları daha tez təmizləyər.
Bişirdiyiniz keksin qəlibindən tez və rahat çıxması üçün qəlibi isti-isti yaş bezin üstünə qoyun.
Tavadakı qızdırılmış yağın ətrafa sıçramaması üçün ona tavaya bir çimdik duz atın.
Yeməyin duzu çox olduqda qazana bir neçə parça çiy kartof atın. Kartoflar duzu çəkəcəkdir.
Dövğanın şirin olması üçün bişirilib soyudulduqdan sonra üzərinə soyuq süd və ya bir xörək qaşığı xama əlavə edin.
Kəsik limonun yaxşı saxlanması üçün kəsik tərəfini duz səpilmiş qaba qoyub soyuducuda saxlayın.
Badımcanları bişirməzdən əvvəl soyuq suda saxlasanız, bişirərkən daha az yağdan istifadə edərsiniz.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri