Yemək duzlu olduqda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 504
Səs ver:
(səs: 4)
Bəzən bilmədən və ya səhvən yeməklər duzlu alınır. Narahat olmayın bu həll edilən problemdir.
Əgər siz şorbaya həddindən artıq duz əlavə etmisinizsə, o halda şorbanın bir hissəsini qazana boşaldıb, digərini isə qaynadılmış su ilə qarışdıra bilərsiniz. Lakin bu yaxşı üsul deyil və çox güman ki şorba dadsız alınacaq. Daha doğrusu şorbaya yarma ilə dolu cuna kisəsi salmaqdır, yarma artıq duzları özünə çəkər. Bütün yarmalardan bu işin örtəsindən ən yaxşı gələn düyüdür. Düyü paketini şorbaya salıb və şorbanı bir müddət qaynatmaqla siz şorbanı artıq duzlardan təmizləmiş olarsınız.
Daha bir variant var: şorbaya qabığı təmizlənmiş, bütöv, çiy kartof atmaqdır. Kartof həmçinin şorbanın artıq duzlarını özünə çəkər.
Əgər duzlanmış ikinci yemək olsa, o zaman limon şirəsindən istifadə etmək olar. Limon şirəsi qismən duzları neytrallaşdırar.
Ətin (quş və ya balıq əti) həddindən artıq duzlu olmağının qarşısını almaq üçün onu tərəvəzlərlə və ya sousla birgə bişirməkdir.
Duzlanmış ət qiyməsinin içinə sürtkəcdən keçirilmiş yunan qabağı, kök, çiy kartof və ya bişmiş düyü əlavə etmək olar.
Əgər çox duzlanmış bişmiş tərəvəzlər olsa, yenə də çıxış yolu var: bunun üçün tərəvəzləri 2-3 dəqiqə qaynar suda saxlamaq bəs edər.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri