Uzun ömrün 8 sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 367
Səs ver:
(səs: 1)
Dünyada ən çox rast gəlinən və ölümə səbəb olan xəstəlik, infarktdır. Mütəxəsisslər, xəstəliklərə yaxşı təsir edən qidaları açıqlayıb. Ağciyər və prostat vəzi xərçəngi də ölümə səbəb olan xəstəliklər siyahısında yer alır. 

1. Ürək xəstəlikləri – Çay 
Hər 3 saniyədə bir nəfər ürək çatışmazlığıdan əziyyət çəkdiyi üçün dünyasını itirir. Alimlər bu ölümlərin 80 faizinin qarşısını almağın mümkün olduğunu düşünür. Gündə 2 stəkan çay içmək ürək xəstəliyi riskini 25 faiz azaldır. 

2. İflic – İspanaq 
Kişilərin 5-indən 1-i iflic olur. Bunların isə yarısından çoxu ölümlə nəticələnir. İspanaq yeyənlər 30 faiz iflicdən uzaq olur. 

3. Ağciyər xərçəngi – Fındıq 
Araşdırmalara və təhlillərə görə, ağciyər xərçəngi ən ölümcül xəstəlikdir. Siqaret çəkməyənlərin 90 faiz bu xəstəliyə tutulmur. Siqareti tərgidənlər isə 70 faiz bu xəstəlik riskindən uzaq olur. Fındıq yemək isə bu xəstəliyi 48 faiz azaldır.

4. Bağırsaq xərçəngi – Su 
Vaxtında müalicə edilərsə, sağaltmaq mümkündür. Bol su içib az yemək bağırsaqları daha sağlam edir. 

5. Tənəffüs yolları – Kivi 
Hər il bronxit və tənəffüs yolu xəstəliklərindən 3 milyon insan ölür. Kivi isə möcüzəvi şəkildə tənəffüs yollarını qoruyur. 

6. Prostat xərçəngi – Acı bibər 
Kişilərin prsostat xərçənginə tutulma riski digər xərçəng xəstəliklərindən daha yüksəkdir. Normal cinsi həyat və acı bibər bu xəstəlikdən qoruya bilir. 

7. Qaraciyər – Tərəvəz 
İçki qəbul edənlərdə qaraciyər probleminə daha çox rast gəlinir. Bu hal isə çox zaman ölümlə nəticələnir. Spirtli içkilərdən uzaq olanlar 85 faiz, içkini tərgidənlər isə 60 faiz qaraciyərini təmiz saxlayır. Tərəvəzlərlə qidalanmaq xəstəliyə tutulma riskindən uzaqlaşdıra bilir. 

8. Böyrək xəstəliyi –Somon 
Tək böyrəklə yaşamaq mümkündür amma 1970-ci ildən bəri böyrək çatışmazlığından ölənlərin sayı hər il iki qat artıb. Somon balığının tərkibindəki vitaminlər böyrəkləri qoruyur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri