Yaddaşınıza zərər verən vərdişlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 396
Səs ver:
(səs: 2)
Qadınlar.biz  yaddaşınızın zəifləməsinə səbəb olan bir neçə kiçik detalı təqdim edir:

1. Yuxunuzu ala bilməmək:
Bütün gecə yataqda döndükdən sonra hamımız bir az yuxusuz qalırıq. Həftəsonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək ya da bir neçə qəhvə içərək bu təsirdən xilas ola biləcəyinizi düşünsəniz də yuxusuzluq uzun müddət yaddaşınıza ciddi mənada təsir edir.
Bəzi araşdırmalara görə yatdığınız sırada beyninizin xatirələri və gündəlik hadisələri toplayan qisimi bu xatirələri uzun və davamlı yaddaşa keçirməyə başlayır.
Bu ilin əvvəllərində aparılan bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoyub.

2. Həddindən çox fotoşəkil çəkmək:
İnstagram ya da digər ictimai media kanalları üçün şəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaradığını söyləyərik amma həqiqətən elədirmi?
Ən son xoşlandığınız bir şeyə bir kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə obyektlərin fotoşəkillərini çəkən insanlar, sadəcə baxan insanlara görə detalları xatırlamaqda daha çox çətinlik çəkirlər. Bu nəticə bizə beyinin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.

3. Daha çox stress altında olmaq:
Təzyiq altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş itkisi kimi xəstəliklərlə əlaqələndirilir. Iowa Universitetində edilən bir araşdırmaya görə həddindən artıq stress, beyindəki ünsiyyəti qoparır və yaddaşlarımızın işlənməsinə mane olur.

4. Həddindən artıq spirt istehlakı:
Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi, xatırlama gücümüzün zəifləməsinə səbəb olur və irəli yaşlarda yaddaşınızı itirmək riskinizi ciddi mənada yüksəldir.
Araşdırmaçılar orta yaşlardakı kişilərin 10 illik spirt istehlak vərdişlərini, spirt istifadə etməyən və ya çox az istifadə edən kişilər ilə müqayisə etmiş və yaddaş itkisi dərəcələrinin spirt istehlakıyla doğru nisbətdə yüksəldiyini ortaya qoymuşdur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri