Mütəxəssislər özünü daha sağlam hiss etmək üçün günə gülərək başlamağı tövsiyə edir.
Bəs siz günə gülərək başlamağın sağlamlıq qaynağı olduğunu bilirdinizmi?
Gülməyin
insan fiziologiyası üzərindəki təsirlərini incələyən mütəxəssislər
gülən insanların qan axının daha yaxşı olduğunu, immunitetlərinin güclü
olduğunu, qan şəkərinin aşağı olduğunu və yuxusuzluq problemi
yaşamadıqlarını ortaya çıxarıblar.
Daha sağlam olmaq üçün günə gülərək başlayın və həmişə daha çox gülməyə çalışın!
Qadinlar.biz günə gülərək başlamağın faydalarını təqdim edir.
Qan
axınını tənzimləyir: Aparılan araşdırmalar zamanı komediya filmi
izləyərək gülən insanların qan damarlarının asanlıqla daralıb
genişləndiyi ortaya çıxıb.
İmmunitet
sistemini yüksəldir: Artan stress azalan immunitet sistemi ilə
əlaqələndirilir. Gülməyin bədəndəki infeksiya ilə mübarizə aparan
immunitet hüceyrələrinin səviyyəsini də artıra biləcəyi deyilir.
Qan
şəkərini aşağı salır: Yeməkdən sonra sıxıcı bir seminara girən şəkər
xəstələrinə sonrakı gün yenə yeməkdən sonra komediya filmi izlədilib.
Nəticədə qan şəkərinin tənzimləndiyi ortaya çıxıb.
Yuxusuzluğa çarədir: On dəqiqə gülmək iki saatlıq ağrısız yuxu yatmağa kömək edir.
Hormonları
tənzimləyir: Qəhqəhə atmaq stresslə bağlı olan kortizol, epinerfin və
dopac kimi bəzi hormonların səviyyəsini azaldır. Gülmək ağrını azaldır
və "endorfin” adlanan pozitiv, yaxşı hiss etmənizə kömək edən hormon
ifraz edir.
Yüksək
təzyiqi əngəlləyir: Qan təzyiqini normala salmağa yardım edir. Gülmək
dərin nəfəs almağa səbəb olur və qan dövranını yaxşılaşdırır.
Masaj
kimi təsir edir: Qəhqəhə tənəffüs, qarın, kürək, ayaq və üz əzələləri
üçün yaxşı bir idmandır. Bağırsaqları və daxili orqanları çalışdırır.
Qarın əzələlərini gücləndirir. Kalori yandırmağa da yardım edir.
Diafraqmanı titrədir. Qəhqəhə dərindən nəfəs almağa səbəb olur. Oksigen
qəbulu artır və buna görə gülmək ən yaxşı tənəffüs idmanlarından
sayılır.
Pozitiv
olmağa kömək edir: İnsanın özünə güvənini artırır, çətinliklərlə başa
çıxmaq üçün zehni gücləndirir. Depressiyadan çıxmağa yardımçı olur.
Stressi azaldır. Sadəcə bir neçə dəqiqəlik də olsa gülmək bütün günün
gərginliyini unutmanıza yardım edər