Bu məhlul dişləri ağ saxlayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 537
Səs ver:
(səs: 1)
Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. 

Çay, qəhvədən sonra dünyada ən çox istifadə olunan içkidir. Çay dişlərin rənginə güclü təsir edir. 

Bu içki nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur. 

Kanadanın Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini dəyişmək xüsusiyyətini zəiflədir. 

Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. 

Plombalı, kariyes əlaməti, yaxud aşkar çat və qopuq yerləri olan dişlər üçün bu istisna edilir. 

Eksperiment zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay məhlullarının içinə qoyulub. Sonra yenə də rəngləri qeydə alınıb. Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama xüsusiyyətini zəiflədib.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri