• Balqabağı saplaq hissəsi yuxarı vəziyyətdə qaranlıq və soyuq yerdə saxlasanız, hətta 6 ay təzə qalacaq.
• Bir qutuya qum töküb, kökü bir-birinə toxunmadan ora yerləşdirsəniz, uzun müddət təzə qalar.
• Zeytun yağını soyuducuda saxlamaq olmaz. Bu halda onun tərkibindəki vitaminlər ölür. Yaxşısı budur ki, zeytun yağını qaranlıq və quru yerdə saxlayın.
• Xalçadan saqqızı təmizləmək üçün üstünə və altına içərisi buz dolu bükülü qoyub, 15 dəqiqə saxlayıb. Sonra saqqız rahat təmizlənəcək.
• Zibil qabının içərisinə azca soda töksəniz ətrafa yayılan pis iyin qarşısını alarsınız.
• Paltardakı ləkəni benzinlə təmizləməzdən əvvəl duzlu su ilə silin. Beləcə, benzinin izi qalmaz.