Çayın ürəyin sağlamlığına 3 FAYDASI

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 296
Səs ver:
(səs: 0)
Bir çox insanlar bilmir ki, çay ürək üçün çox faydalı sayılır.

Çayın ürəyin sağlamlığına 3 FAYDASI


Çayın ürəyin sağlamlığına olan faydaları bunlardır:

- çay sidikqovucu təsir edir və bu səbəbdən ödemləri və ürəyə düşən gərginliyi azaldır

- çay təzyiqi aşağı salmağa kömək edir

- çay damarları "pis" xolesteroldan təmizləyir və bununla ürək xəstəliklərinin, insultun və infarktın riskini azaldır.

Lakin çayın bu gözəl müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün onu düzgün seçmək, dəmləmək və qəbul etmək lazımdır.

Yarpaqları iri olan çay növlərinə üstünlük verin. Belə çay daha faydalı sayılır.

Çayı dəmlədikdən dərhal sonra için. Çay qaldıqca onun faydalı xüsusiyyətləri çox tez azalır.

Gün ərzində 3-5 fincan təzə dəmlənmiş çay için. Həkimlər çayı bundan artıq içməyi tövsiyə etmirlər.

Çayı dəmirlə zəngin olan qidalardan (söhbət əsasən ətdən gedir) sonra içməyin. Çayın tərkibində olan maddələr dəmirin mənimsənilməsinə mane olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 296
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri