Ağ koftadakı tər ləkəsini belə aparın - Praktik məsləhətlər

Müəllif: Dilaycan
Şərhlər: 7
Baxılıb: 1 774
Səs ver:
(səs: 0)
Ayaqları vuran sandal, ti-şörtlərdəki tər ləkələri, iy verən ayaqqabılar kimi yay problemləri ilə hər birimiz rastlaşırıq. Lakin ürəyinizi sıxmağa dəyməz. Bu kiçik problemlərin sizi yaydan zövq almağa mane olmasına imkan verməyin.

Açıq ti-şörtlərdə büstqalter problemi
Açıq T-shörtlər yayda bir çox qadının üstünlük verdiyi geyimdir. Lakin büstqalter geyindikləri halda asqılarının görünməsindən narahat olurlar. Asqıları çıxardıqda isə büstqalter sürüşür. Buna həll olaraq büstqalterin asqılarını arxada X formasında çarpaz edin və bağlayın.

Sandal vurması
Sandalları sevirik. Lakin yayda tərləyən ayaqlarda nəm görünüş ən böyük kabusumuzdur. Bundan xilas olmaq üçün ayaqqabıları evdə qalın corablarla geyinin. Fen ilə ayaqlarınızı istilədin. İstilik dərini yumşaldacaq və açacaq.

Narahat ayaq barmaqları
Ayaqlarınızın ayaqqabıların içində daha rahat olmasını istəyirsinizsə, 2-ci və 3-cü ayaq barmaqlarınızı bir-birinə bantlayın. İki barmaq arasında xüsusi bir sinir olduğu üçün bu, dikdaban ayaqqabının yaratdığı ağrını və təzyiqi azaldacaq.

Ağ idman ayaqqabılarının çirklənməsi
Bu mövsümün ən favorit ayaqqabıları ağ idman ayaqqabılarıdır. Ancaq çirkli ayaqqabılar bütün cazibədarlığı məhv edə bilər. Ağ ayaqqabılarınızı təmizləmək üçün ehtiyacınız olan ağ diş pastası və diş fırçasıdır. Bir miqdar diş məcununu fırçaya sürtüb ayaqqabılarınızı fırçalayın.

Ağ ti-şörtlərdəki tər ləkələri
Yayda tez-tez geyindiyimiz ağ ti-şörtlərin ən böyük problemi qoltuq hissəsində yaranan tər ləkələridir. Bu ləkələrdən xilas olmanın çox sadə bir yolu var: bərabər miqdarda su və limonu qarışdırıb bir sprey şüşəsinə doldurun, koftanın qoltuğu islanana qədər sıxın. Ləkəli bölgəni bir-birinə sürtdükdən sonra 1 saat saxlayın və paltaryuyan maşına atın.

Ya da 5 dənə aspirini toz halına gətirib bir qabda su ilə qarışdırın. Ti-şörtünüzü bu suyun içərisində bir gecə saxlayın.

Antipresperant istifadəsi
Antipresperantı hamımız səhər evdən çıxmazdan əvvəl istifadə edərik. Lakin antipresperant sürtməyin ən doğru zamanı gecə yatmazdan əvvəl, yəni dərinizin ən quru olduğu və tər vəzilərinin daha az aktiv olduğu zamandır. Səhərlər duş alsanız belə, antipresperant çəkməyin. Çünki antipresperant yuyulsa da, ümumiyyətlə, 24 saat təsirlidir.

Üzün tərləyib yağlanması
Səhər makiyaj edib çıxırsınız. Lakin üzün T bölgəsi günorta olmadan parlamağa başlayır. Bunun qarşısını almağın bir yolu var. Tərönləyici antipresperantınızdan bir miqdar barmaqlarınıza sürtüb tərləyən bölgəyə makiyajdan əvvəl çəkin.

İy verən ayaqqabılar
Xüsusilə yayda ayaqların tərləməsi ayaqqabılarda qoxu yaradır. Bunun qarşısını almaq üçün ayaqqabılarınızı dondurucuda dondurun. Bu, ayaqqabıdakı bakteriyaları öldürərək, nəmin qurumasını təmin edəcək.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri