Təbii antibiotiklər hansılardır?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 506
Səs ver:
(səs: 0)
Sarımsaq, soğan:
Minillərdir ki, bir çox tibbi məqsədlə istifadə edilən möcüzəvi qidalar olan sarımsaq və soğanın bakteriya, göbələk və virusları yox etmə qabiliyyəti 19-cu əsrdə Luis Pasterin araşdırmalarıyla da təsdiqlənmişdir.

Tərkibində olan kükürd birləşmələri sayəsində immunitet sistemini gücləndirən, xərçəngə qarşı qoruyan qidalardırlar.

Təbii antibiotiklər hansılardır?

Turp:
Turp, içərisindəki zəngin C vitamini, fol turşusu, fosfor və yüksək lif sayəsində tam bir sağlamlıq qaynağıdır. Çox güclü bir antioksidan olan turp, soyuqdəymə kimi xəstəliklərin müalicəsində əla vasitədir. Yüksək lifi sayəsində həzm və ifrazat sistemini dəstəkləyir, öskürəyə yaxşı təsir göstərir.

Qırmızı bibər:
Qırmızı bibər C vitamini cəhətdən zəngin bir qidadır. Tərkibində olan C vitamini immunitet sistemini gücləndirərkən, digər bir maddə olan kalium infarkt riskini azaldır. Ağrıkəsici və iltihab həlledici təsirinin yanında xolesterolu salır və mikroböldürücü xüsusiyyət daşıyır.

Kivi:
Anti-oksidan xüsusiyyəti sayəsində immuniteti gücləndirən kivi, tam bir C vitamini anbarıdır. Belə ki, kivinin tərkibində portağaldan da daha çox C vitamini vardır. Bir ədəd kivinin tərkibində gündəlik alınması lazım olan C vitamini ehtiyacından daha çox vitamin mövcuddur. Qan şəkərini nizamlayan kivi, tərkibindəki lif sayəsində həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır

sağlamolun.az
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri