Ən çox edilən təmizlik səhvləri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)
2-3 istifadədən sonra belə süngəriniz bakteriya çıxarmağa başlar və bakteriyalar evinizin hər yerinə yayıla bilər. Qab-qacaq süngərinizi hər gün istifadə etməzdən əvvəl mikrodalğa sobada 1 dəqiqə gözlədin və ya qurutma dövründəykən qabyuyan maşınına atın. Pis iy verməyə başladığında dərhal zibilə atın.

Çəngəl, qaşıq və bıçaqların sapları yuxarı gələcək şəkildə düzsəniz isti suyun əsl çirkli qisimlərə çatmasını mane olarsınız. Qaşıq və çəngəllərin sapları aşağı, bıçaqların sapları yuxarı gələcək şəkildə düzməlisiniz.

İki məhsul da təmizləyici təsirə sahibkən iki təmizləyici məhsulu qarışdırmağa ehtiyac yoxdur. Təmizlik məhsulları güclü kimyəvilər ehtiva etdiyi üçün qarışdırdığınızda təhlükəli reaksiyalar göstərə bilər.

Tualet fırçanızı qoyduğunuz o kiçik qab bakteriyaların törəməsi üçün mükəmməl bir yerdir. Bakteriyaların törəməsinə mane olmaq istəyirsinizsə tualet fırçasını istifadə etdikdən sonra yerinə qoymadan əvvəl qurumasını gözləyin.

Mikrobların həqiqətən ölməsini istəyirsinizsə silməzdən əvvəl sprey təmizləyicini çirkli bölgədə ən az 30 saniyə gözləyin.

Şüşə təmizləyici sprey şüşələrdə möcüzələr yarada bilər, ancaq dəzgahınız və yerlərinizi təmizləmək üçün digər təmizləyiciləri istifadə etməyiniz lazımdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri