Öskürəyi sağaldan sadə vasitə

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1 961
Səs ver:
(səs: 0)
Öskürək zamanı müalicəvi kompreslər çox yaxşı kömək edir. Kompreslər döş qəfəsinə və belin yuxarı hissəsinə (bronxların proyeksiyasına) axşam yatmazdan əvvəl qoyulur.

Xəstə bu kompreslə yatmalıdır. Yüksək hərarət zamanı kompresdən istifadə olunmur. Həmçinin xəstədə kompresdə istifadə olunan maddələrə qarşı allergiyanın olub-olmadığına fikir vermək lazımdır.

Sizə ən sınanmış kompresləri təqdim edirik.
- 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və xəstənin döş qəfəsinə və belin yuxarı hissəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.

- 1 ç.q. bal + 1 ç.q. xardal + 1 x.q. bitki yağı. Yuxarıda göstərilən qaydaya uyğun istifadə olunur.

- 1 x.q. adi xörək duzu 1 stəkan isti suda əridilir, soyudulur (ilıq olmalıdır). Bu suda pambıq parça isladılır, bədənə qoyulur, qalın yun şərflə bərkidilir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri