Evdə rütubət meydana gəlməsinə mane olmanın yolları

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 814
Səs ver:
(səs: 1)
Rütubət, evlərin ən böyük problemlərindən biridir. Sağlamlıq və estetik baxımından problem meydana gətirən evdə rütubət meydana gəlməsinə maneə törətmənin yolları nələrdir? Sizə rütubət meydana gəlməsinə maneə törətmək üçün bir neçə təklif hazırladıq.

Evlərdəki su sızıntısı, xarici divarların keçirici olması, damdan su sızması kimi səbəblərlə bağlı olaraq yaranan rütubət sağlamlıq baxımından problem meydana gətirər. Allergik xəstəliklərə səbəb ola bilər. Ağciyərlərə zərər verər. Estetik olaraq görünüşü gözünüzə xoş gəlməz.

Evdəki rütubətdən xilas olmaq üçün nələr edilməlidir?


-Evinizi yaz dövründə baxım və təmir etdirməlisiniz.

-Rütubəti meydana gətirən səbəbi tapmalısınız. Ümumiyyətlə su təsisatı ya da divarların keçiriciliyindən qaynaqlanar.

-Eviniz kirayə isə mütləq mövzu haqqında ev sahibi ilə danışmalısınız.

-Su sızıntısının səbəbi dam isə kirəmitlərin dəyişməsi lazım ola bilər.

-Pəncərələrin köhnəlmiş və su sızdıran künclərini plastik vəsaitlər ilə doldurun.

-Su borularına mütləq nəzarət edin. Ziyan varsa yenisi ilə dəyişdirin.

-Evinizdə istifadə etdiyiniz divar kağızları rütubətə səbəb ola bilər. Yenisi ilə dəyişdirəcəyiniz zaman suya dayanıqlı və rütubət meydana gətirməyən divar kağızlarını seçin.

-Divarları təmizləyərkən nəmli bez istifadə edin. Divarı yaş buraxmamaq üçün sonrasında qurulayın.

-Evinizi tez-tez havalandırın. Mətbəx və duş kimi buxar yaranan sahələrin rütubət meydana gətirməməsi üçün yaxşı havalanmış olması lazımdır.

-Divara söykədiyiniz şkafları nizamlı olaraq kənara çəkib divarın hava almasını təmin edin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri