Pulla aranızın necə olmağını bilmək istəyirsiniz? - Test

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 891
Səs ver:
(səs: 2)
Pul neytral bir güvvəyə, enerjiyə malikdir. Ondan həm yaxşı, həm də pis məqsədlə istifadə etmək mümkündür. Özünüzə və pula qarşı diqqətcil və qayğıkeş olun. Bu zaman onlar sizlə dost olmağa hazırdılar.
Təsəvvür edin ki, pullar canlıdırlar, onlar sizə qonaq gəliblər. Əgər siz onları yaxşı qarşılasanız, onlarla nazik davransanız, yaxşı gün keçirsəniz heç sizin yanınızdan getmək istəyərlər? Yox! Hətta getsələr belə, çox tez bir zamanda yenə gələcəklər.

Bəs siz pullarla necə davranırsınız? Pulla aranızın necə olmağını bilmək istəyirsiniz?

1.Şəxsən mənim üçün pul nə deməkdi?
a) çətin sual oldu.
b) pul – komfort, prestij, bahalı geyim və s.
c) sadəcə bir vasitə.

2. Daxilən pula qarşı necəyəm?
a) pulu sevirəm.
b) pul mənim üçün vazkeçilməz pislikdir.
c) Mən pula bütün qəlbimlə nifrət edirəm.

3. Mən işləyirəm:
a) işimi çox sevdiyim üçün.
b) pul qazanmaq üçün.
c) sadəcə işləyirəm.

4. Həyat –
a) əyləncədir.
b) yaxşılıq və pisliklərlə doludur.
c) mübarizədir.

5. Qəpiklər –
a) həmişə xoşlamışam.
b) fərq etmir qəpik və ya kağız pul.
c) məndə nifrət və iyrənc hissi yaradır.

6. Axırıncı dəfə qəpiklərimi saymışam:
a) biraz əvvəl.
b) çoxdan.
c) heç vaxt saymıram.

7. Kağız pullarımı ütüləmişəm:
a) biraz əvvəl.
b) çoxdan.
c) heç vaxt ütüləməmişəm.

8. Pulum çox olanda:
a) mən sevinirəm və bundan həzz alıram.
b) xərcləməyib və ya yığacağımı düşünürəm.
c) narahat oluram, sanki üzərimdə yük varmış kimi hiss edirəm özümü.

9. Pulum olmayanda:
a) sakitəm, yenə olacaq deyə düşünürəm.
b) necə pul qazanacağımı düşünürəm.
c) dəli oluram, əsəbləşirəm və çox qorxuram.

10. Pul udmuşamsa:
a) çox sevinirəm və bunun bir hissəsini sevdiyimə hədiyyə edərəm.
b) çox sevinirəm və bu pulu necə xərcləyəcəyimi düşünərəm.
c) yenə udsaydım deyə düşünərəm.

İndi isə nəticəyə baxaq

A cavabı çox olarsa:
Siz puldan düzgün istifadə etməyi bacarırsınız. Pulun azlığı və ya çoxluğu həyat tərzinizi dəyişmir. Hesabınızda minimal məbləğdə pul olsa belə bu sizi narahat etmir. Daima özünüzü varlı insan kimi hiss etməyi bacarırsınız. Həyatsevər insansınız.

B C cavabı bərabərdirsə:
Daima pul haqda düşünüb, daha çox qazanmaq üçün nə edə bilərəm deyə düşünənlərdənsiniz. Pul sizin həyatınızda hər şeydir. Pul azalsa demək ki, dünyanın sonudur. Maliyyə məsələləri daima sizi narahat edir.

B cavabı çox olarsa:
Məqsədyönlü insansınız. Pulu necə və hara xərcləməli olduğunuzu yaxşı bilirsiniz. Gəliriniz daima xərclərdən çoxdur. Bu da hər zaman əlavə pulunuzun olmağından xəbər verir. Sizdə çatışmayan bircə yumor hissidi. Gülərüz olub, həyatdan zövq almağa çalışın.

C cavabı çoxdursa:
Siz pulu deyil, pul sizi idarə etməkdədir. Daima azlıq hiss edirsiniz. Gözünüz puldan doymur. Özünüzdən çox pul haqda düşünürsüz. Hər bir işi pul vasitəsiylə həll etməyə çalışırsınız. Sizin üçün pulsuz nəfəs belə almaq mümkün deyil. Pulsuzluq qorxusu sizi daima içdən narahat edir.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri