Dəri IQ-nüz neçədir? - Test

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 2 737
Səs ver:
(səs: 0)
Testlə dərinizə yaxşı, ya da pis təsir edəcək amilləri öyrənmək mümkündür.

Sızanaq və qara nöqtə problemi qadınların ən böyük kabusudur. Ancaq dərinizi kifayət qədər tanısanız, o zaman bu problemi aradan qaldırmaq güman edildiyi qədər çətin olmayacaq. "Proactiv Solution” baxım məhsulunun yaradıcılarından Katie Rodan və Kathi A. Fields dəri tipini müəyyən etmək və mövcud problemi aradan qaldırmaq üçün "Dəri IQ test" hazırlayıb.

Bu test xanımlara öz dəri tipini yaxşı tanımağa və dəri sağlamlığını nəzarət altında saxlamağa kömək edəcək.

Suallar

1. Ailə üzvləriniz və özünüzün dəriniz sızanağa meyillidirmi?
Bəli
Xeyr

2. Hansı amillər sızanaqlara səbəb olur?
Müəyyən yeməklər  
Yuxusuzluq
Stress

3. Makiyaj edirsinimzi?
Bəli
Xeyr

4. Menstruasiya dövründə - əvvəl və ya ortasında dəri problemləri yaşayırsınızmı?
Bəli
Xeyr

5. 40 yaşından sonra ağ saçlarla birlikdə sızanaqlar da artıb, yoxsa?

Bəli
Xeyr

Cavablar

Suallara verdiyiniz cavablarda "Bəli” daha çoxdursa, sizin dəri problemləriniz aşağıdakılarla bağlı ola bilər.

1. Genetik quruluşunuz dəri problemlərinin yaranmasında və irəliləməsində mühüm rol oynayır. Valideynlərdən birində şiddətli sızanaqlar varsa, sizin üzünüzdə də sızanaqların çoxalması ehtimal edilir.

2. Aparılan araşdırmalar, xüsusilə, şokolad və qızarmış yeməklərin dəri problemlərinə səbəb olduğunu göstərir. Dərinizdə hansısa qida qəbulundan sonra sızanaqların çoxaldığını müşahidə edirsinizsə, həmin qidanı yeməkdən mümkün qədər çəkinin.
Sızanaqların bəziləri, adətən, stress, yuxusuzluq və şərait dəyişiklikləri ilə bağlıdır.

3. İstifadə etdiyiniz bütün kosmetik məhsulların yağlı dəri üçün nəzərdə tutulduğundan əmin olun.

4. Menstruasiya dövründə hormonal dəyişikliklər zamanı dəri problemləri artır. Menstruasiya dövrü çox nizamsızdırsa, ginekoloqa müraciət edin.

5. Hormonlardakı normal dəyişiklikdən dolayı, dəri problemləri 30 və daha irəli yaşlarda da yaranır. Estorogen hormonları azalıb, androgen səviyyəsi artdığı üçün klimaks dövründə də bəzi dəri problemləri ilə qarşılaşmağınız mümkündür.

Xeyr cavabları
Xeyr cavabları çoxluq təşkil edirsə, sizdə hər hansı ciddi dəri problemləri müşahidə olunmur və dəri tipiniz normal hesab olunur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri