Çin üz oxuma sənəti...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 249
Səs ver:
(səs: 2)
Çində üz oxuma tezisinin sahibi  filosof Gui-Gu Tzenin Xiang Bian Wei Mang adlı kitabı bu gün də maraqla oxunmaqda və alimlər tərəfindən üzərində çalışılmaqdadır.

Çinlilər əsrlərdir üz oxuma sənətindən istifadə edərək detallı xarakter analizləri edir və bir çox xəstəliyi diaqnoz edə bilirlər. Çin üz oxuma sistemində üz Yin-Yangın Taoist nəzəriyyələrinə görə 108 təməl bölgəyə ayrılır və bu bölgələrin hər biri bədənimizdəki orqanların qarşılığı olur. Üz bölgələrindəki formalanmalar, rəng və hüceyrə dəyişmələri isə təmsil orqanların nə qədər sağlam olduqlarına dair ipucları verir. Beləcə ,insanların indiki dövrdə və gələcəkdəki sağlamlıq vəziyyətlərinə görə qiymətləndirmələr edilib müalicə üsulları təklif edilir.



Üz xəttləri xəstəliklər haqqında nələr söyləyir?
Böyrək: Çox çalışır, az yatır, yüksək miqdarda qəhvə,çay,spirtli işkilər içir və çox məsuliyyət yükləyirsinizsə gözlərinizin altındakı yarım ay şəklindəki böyrək bölgəsinə baxın. Əgər bu bölgə şişkin və bənövşəyiyə çalan bir rəngdədirsə bu çox içalışdığınız, adrenalinizi istehlak etdiyiniz, yağlı yeməklər yediyiniz və maye tarazlığınızın pozulduğu mənasını verir.
 
Qulaqlarınız dəri rənginizdən daha tünd və qırmızı rəngdədirsə əgər, bu vəziyyət də çox enerji xərclədiyiniz mənasını verir.Gözlərinin iç küncü çuxurlaşmış və tünd göy rəngə çalan bir rəng almışsa eyni ilə çox enerji xərclədiyiniz mənasını verir.

Qaraciyər: Üzünüzdəki qaraciyər bölgəsi tünd kahvə rəngindədirsə və bulanıq bir görünüş ifadə edirsə, qaraciyərinizin funksiyası yavaşlayır deməkdir. Bunun səbəbi gərginlik, stress, əsəb, yağlı yeməklər və ya spirtli içkilər ola bilər. Əgər bu görünüşə başınızın yan bölgəsini örtən bir ağrı, çənədə gərilmə, qaşlar arasında uzununa iki xətt də düşübsə , yağ və hormonal tarazlığınız pozulmuş ola bilər. Yağı azaltmağa baxmalısınız. Qaşlarınızın arasındakı iki xətt, çəngəl şəklində daha kiçik iki xəttlə tamamlanırsa, öd kisənizdə bəzi problemlər baş verə bilər. Aman diqqət! Alınınızdakı xallar və ya xəttlər isə yağlı qidalar və ya həddindən artıq süd məhsulu istehlak etdiyiniz mənasını verir.

Mədə və Bağırsaqlar: Ağız bölgəsi, mədə və bağırsaqların enerjisini göstərir. Üzün aşağı bölgəsi də qarın bölgəsinə bağlı işarələr verər. Ağ nöqtələr və ya dəri altında qabarcıq hissi ya da dəridə yaranan ləkələr bir növ göbələk xəstəliyi olan maya infeksiyası, çox şəkər və ya süd məhsulları istifadəsinə işarə edər. Çənəniz qırmızı və qabarıqsa bu, orqanlarınızda strukturca bir zəiflik və ya qarın bölgənizdə bir spazma olduğu mənasını verir. Alt dodağınız çölə doğru dayanırsa qalın bağırsağın aşağı seqmentində keylik və funksiya yavaşlaması var deməkdir. Üst dodağınız çatlaq, qırmızı və küncdə nöqtələr varsa bu, mədənizdəki turşulanma, səhv diyet səbəbiylə də mədənizdə yanma olduğu mənasını verər. Gözlərinin iç tərəfindən yanaqlarınıza doğru enən xəttlər başqa bir bağırsaq probleminə işarə edər. Ağız ətrafında sarı rəng xətt və ya dodaqların rəngsiz olması həzm enerjisinin zəif olduğu, bəslənmə şəklinin dəyişdirilməsi lazım olduğu mənasını verər. Yaşıl rəng, qaraciyərin ana problem olduğu, çox incə dodaqlar isə iş dəlisi bir xarakteri göstərər.

Ağciyər: Burun dəlikləri ətrafında və yanaqların alt qisimində qırmızılıq və qabarıqlıq, ağciyərlərdə narahatlıq və bəlğəm meydana gəlməsinə işarədir. Əgər bu bölgə birdən qızarar və quruyarsa, bronxit narahatlıqları hər an baş qaldıra bilər deməkdir.

Enerji və Canlılıq: Çin müalicəsində qaşlar yaradıcılıq qabiliyyətini, zehni bacarıqları və enerji səviyyəsini göstərər. Ayrıca digər insanlarla, ailəmizlə və cəmiyyətlə necə ünsiyyətə keçdiyimizin də əlaməti ola bilər. Qalınlıq və genişlik artdıqca bu, adamın daha güclü, ehtiraslı, iradəli, direşken və aktiv olduğunu göstərər. İncə qaşlar isə həssaslıq, sağlamlıq baxımından da kövrəklik göstəricisidir. Fərqli istiqamətlərdə çıxan qaşlar narahat və tələskən, fokuslanmaq üçün digərlərinin köməyinə ehtiyac duyan bir quruluşu işarə edər. İncə və iti qaşlılar isə yenilikçi, iradəli, müstəqil, qabaqcıl və üstünlük qayğısı, ən yaxşı olma qayğısı güdən insanlardır. Aypara şəklindəki qaşlara sahib olanlar qərar verərkən hisslərinə söykənən və digərləriylə işi sevən şəxsiyyətlərdir. Qaşları kənarlara gəldikcə dağılan kəslər də tiroit bezlərində problem ola bilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri