Sükanı necə tutmağınız xarakterinizi müəyyənləşdirir - FOTO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 732
Səs ver:
(səs: 0)
Bilirsinizmi, maşını idarə etmək formamız bizim xasiyyətimizdən xəbər verir. Bəs siz hansı formadan istifadə edirsiniz?

Sükan arxasında əllərimizi necə yerləşdiririksə, deməli bu, xarakterimiz haqqında nəsə deyir.

1. Əgər sürücü maşını belə idarə edirsə, deməli o, nizam-intizamlı, soyuqqanlı və özünə əmin adamdır. Sakit və yolda danışmağı sevməyən insandır. Lazım olan yerə çatdırar, lakin yol boyu özünüzü tək başına əyləndirməli olacaqsınız.

2. Sürücü özünə çox da əmin deyil və hər zaman onu gözləyə biləcək təhlükələr barədə düşünür. Adətən bu cür hal bədənin irəli əyilməsi və yolda xaotik manevrlərlə müşahidə olunur. Ən yaxşısı bu cür insanı söhbət və məsləhətlərlə yayındırmayın, bunun sonu yaxşı olmaya bilər.

3. Sürücü məqsədinin nə olduğunu bilir. O şən və nəzakətlidir. Avtomobili asan və rahat idarə edir, həmçinin sərnişinlərlə söhbət etməyə etiraz etməz, lakin yolda baş verən dəyişikliklərə vaxtında reaksiya verir. Bu sürücü ilə getdiyiniz yol şən və təhlükəsiz keçəcək.

4. Əllərin bu cür yerləşməsi tərslik və düşünülməmiş cəsurluqdan xəbər verir. Yolda bu tip insanlar bütün yol verməyən sürücülərə şərh verməyi sevirlər, döngələrdə səhvlərə yol verir və çox zaman öndə hərəkət edənin dalınca düşüb onu yoldan kənarlaşdırmağı özlərinə borc bilirlər. Beləsinə irad tutmaq əhəmiyyətsizdir, ən yaxşısı yan keçməkdir.

5. Bu idarə etmə üsulu pessimist insanlar üçün səciyyəvidir. Yolda həmsöhbətdən çox dinləyiciyə ehtiyacı var.

6. Özünə inanan sürücüyə xas duruşdur. İnsan özünə və təcrübəsinə əmindir. Yolda risk etmir, amma həddən artıq sığortalanmır da. Yol problemsiz olanda söhbət edə bilər, amma anında yol hadisələrinə reaksiya verir və hər şey geridə qaldıqdan sonra gülümsəyərək baş verənləri şərh edir.

7. Sürücü uzun müddət ciddi qalmaqdan çətinlik çəkən xəyalpərəst insandır. Yol ərzində bəzən həmsöhbətinə tərəf dönərək, bəzən də əl jestləri ilə işarələr edərək danışacaq.

8. Bu cür insanlar əsəbi insanlardır. Onlar hər zaman özlərini hər kəsdən haqlı bilir və yolda avtomobili saxlayıb narahatçılıqlarına səbəb olan "günahkara” pəncərədən qışqırmaq şansını əldən verməzlər.

Sükanı necə tutmağınız xarakterinizi müəyyənləşdirir - FOTO
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri