İtir xatirədən ömrün hər izi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 268
Səs ver:
(səs: 0)
İtir xatirədən ömrün hər izi,
Ya biz günahkarıq, ya ömrün özü.
Xoşbəxtliyin bir ölçüsü, bir üzü,
Ayrılığın min rəngi, min donu var.

Bir şaxtalı qış gecəsi görüşdük,
Gah sevinci, gah da qəmi bölüşdük...
Bu yolların hər tinində ilişdik,
Bu yolların hər ağrıya yönü var.

Taleyin her oyunuyla barışdıq,
Taleyin her acısına alışdıq,
İllər boyu qovuşmaqdan danışdıq,
O xoşbəxtlik, o səadət hanı, var?

Xatirimdə yaşar o ilk öpüşün,
Xəyalımdan gəlib keçər gülüşün,
Nə biləydik, bir saatlıq görüşün
Bir ömürlük kədər dolu anı var...

Nə tez bitdi ömrün nağıl kitabı,
Azmı düşdü günahından savabı?!
Nə biləydik, sevginin də əzabı,
Nə biləydik, vüsalın da sonu var..


-Rəsul Mirzə .
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri