Uzaqlaşır insanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 072
Səs ver:
(səs: 0)
Zərrə -zərrə uzaqlaşır insanlar
Genişlənir ayrılığın çevrəsi
İnananlar:sevgililər,cavanlar
Şeytan yaman ələ alır hər kəsi

Uzaqlaşır ağacdakı yarpaqlar
Təslim olur bir küləyin gücünə
Təslim olur bəzən möhkəm halqalar
Nəfsə batır bir namərdin sözünə

Uzaqlaşır bərk sevdiyin qəlbindən
Bihuş olur bir gözəlin ətrinə
Yer dağılır təriflərin əlindən
Nələr etmir bir gecənin xətrinə

Pul dəb olub məhəbbətin yerində
Uzaqlaşır təmiz sevgi heyifki
Haqsızlıqlar ömür boyu izində
Dünya bu əllərdə qalıb heyifki.

Xavər Şəfiyeva
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri