Yenə səni düşünürəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 343
Səs ver:
(səs: 1)
Çox soyuqdu xatirələr,
Həsrətinə bürünürəm.
Heç düşünmədiyim qədər
Yenə səni düşünürəm.

Şahidi ol bu halımın,
Nökəriyəm xəyalımın
Əl çatmayan vüsalımın,  
Arxasıyca sürünürəm.
Yenə səni düşünürəm.

Tənhalıq çox sevir məni,
Eşqin alıb əsir məni.
Xəncər kimi kəsir məni,
Parçalanıb bölünürəm.
Yenə səni düşünürəm.

Qara bəxtim boynun əyib,
Talehim ağ libas geyib,
Ürək ʺhazırlıq etʺ deyib.
Müvəqqəti döyünürəm.
Yenə səni düşünürəm.

2016

Mirşen Xeyal
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri