Hərdən ürəyində danış mənimlə...

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 6 620
Səs ver:
(səs: 0)
Darıxsan, yadına bir gün mən düşsəm,
Köhnə şəkillərə bir nəzər yetir.
Onlarla dərdləşib, görüş, öpüş sən,
Hərdən xəyalları misafir gətir.

Nə vaxtsa üstünə yagarsa yağış
Menim də yerimə onunla danış.
Daha həsrətimlə vuruşma, barış.
Hərdən gözlərində sellərə qarış.

Oyansa nə vaxtsa yatmış xəyallar,
Nə vaxtsa gözündən qaçsa yuxular,
Üzülmə, xəyalım nigaran qalmış.
Hərdən xəyalıma özündən danış.

Bir gun ürəyinə sözlər yığılsa,
İncitsə qəlbini, qəlbin sıxılsa,
Çəkil öz dünyana, dərdləş qəlbinlə.
Hərdən ürəyində danış mənimlə.

Şəhla Qəmgin
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri