Demirəm...

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 5 376
Səs ver:
(səs: 0)
Demirəm ki, məni çağır yanına.
Hərdən yadına sal, xatırla məni.
Bilmirəm nə deyək bunun adına
Bir tutsan sən əgər yadlarla məni.

Demirəm yad eylə gecələr məni...
Bəsimdir gündüzlər yadına düşsəm.
Şüurun bilərək gizlədər məni,
Şüurun altında mənə yetiş sən.

Demirəm ki, yaşat qəlbində məni.
Köksünün bir küncü qoy mənim olsun.
Qoy olsun kədərin, qəmin də mənim,
O mənə verdiyin bu küncə dolsun.

Demirəm sev məni ömrün boyunca.
Məni kaşkilərlə qəlbində qoru.
Biz sevə bilmedik könül doyunca,
Bilmədik bu kimin oyunu, toru.

Demirəm ki, məni yaz üreyinə.
Yaz köhnə kitabın son vərəqinə
Mənə söylədiyin o kəlmələri.
Adımın yerinə düz nöqtələri.

Şəhla Qəmgin
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri