Gözlərimdən yuxularımı ərşə çəkib getdin O gü
Bir qızıl gül tək ürəyimdə bitdin O gün.
Xəyal kimi,röya kimi ilim ilim itdin O gün.
Qəlbimdəsən, fikrimdəsən səhər axşam,
Sənsiz yaman darıxmışam...
Gümanımdan qatar keçdi sən olmadın sərnişini,
Mən vağzalda boynu bükük gözləmişəm gəlişini,
Yanağımdan şeh süzülür çiçəklərə qarışmışam,
Sənsiz yaman darıxmışam...
Kipriyimdə bir damla yaş,alışaram hara atsan,
Bilirəm ki,məni heç vaxt unutmazsan.....
Mən səninçün od, su, hava...Sən mənimçün həyatımsan,
Müjdə gətir, inam gətir barışmağa,
Sənsiz yaman darıxmışam...