Keçmiş hisslər olmur xanım,
Ötəri hisslər olur.
Siz ona sevgi deyirsiz
Və qorxursuz...
Keçmiş qorxular olmur xanım,
Onlar böyüyür
Və təbəssümə çevrilir.
Siz də onu kiməsə göstərirsiz
Və dost olursuz...
Keçmiş dostlar olmur xanım,
Keçmiş dostluq olur.
Gələcək sevgilini
Qısqandırmaq üçün...
Keçmiş sevgililər olmur xanım
Keçmiş sevgilər olur.
Onlar da böyüyəndə
Xatirəyə çevrilir...
Keçmiş xatirələr olmur xanım,
Yaddaşınız sizi aldadır.
Əslində elə siz
Xatırlamaqla səhv edirsiz...
Keçmiş səhvlər olmur xanım,
Səhvlər heç vaxt bağışlanmır,
Bağışlanmır və keçmiş olmur...
Keçmişin özü də olmur xanım,
Hər şey gələcəkdən xəbər verir.
İndi bir söz deyəcəm:
Məni görüşə çağırmayın,
Hələ ki, bütün saatlarım təmirdədir.
Yaxşısı budur,
Bir az vaxt verin.
Mən sizi həmişə