Dünya, hara gedir cavanlarımız? Aman Allah, bu necə sevməkdir Başa salın, bir durun siz Telefon dəstəyindən asılı qalan Övladlarımızdan soruşağın biz Biz cavan olmusuq,biz də sevmisik, Bizdə abır,həya,utanmaq olub Sevib –sevilmişik, Leyli Məcnun tək Ailə qurmuşuq təməli möhkəm Ailədə sevgi- hörmət qarşılıqlı Bir yerdə yaşayıb, bir qocalmışıq.
Uzaqdan uzağa sevgimi olar? Telefonla tanışlıq,ailə qurmaq İndi başqa əsr, kosmos əsridir Hər şey kompyuter,hər yer telefon Ürəklər dəmirdən,qan sulardan İyirmi birinci əsr:robot əsridir.
Vaxtın azlığından şikayət edir Gecələr yazışır,gündüzlər yatır Gecə ilə gündüzü qarışıq salır Ömrün puç keçirir övladlarımız Dünya, hara gedir cavanlarımız?
Dünya o dünyadır –zaman o zaman Dəyişilən insanlar və təbiətdir İnsanlar oxşayır zəmanəsinə Deyib:Həzrət Əli, peygəmbərimiz Keçmişdə,gözlərdə əks edilərdi Necə sevməyimiz,məhəbbətimiz İndi isə tanışlıq,telefonla olub? Evlənib,ayrılmaq,adi hal alıb Dünya, hara gedir cavanlarımız?