Mənə ondan danış

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 2 071
Səs ver:
(səs: 1)
Mənə ondan danışın…
Heç məni düşünürmü?
Görən o da, mənim tək,
Təklikdən üşüyürmü?
Yoxsa unudub məni,Yad nəfəsə isinir?Dərdin özgəylə bölür,Yadladanışıb-gülür?
Mənə ondan danışın…
Bəlkə buzdu otağı?
Bəlkə, min əzab çəkir,
Bəlkə daşdı yatağı?
Gördüyü yuxuları,
Kimlər yozur,biləydim,
Nə olaydı, bir dəfə,
Yuxusuna gələydim…
Oyananda sevgisin,
Yanıma uçuraydı,
Əllərimdən yapışıb,
Uzağa qaçıraydı…
Mənə ondan danışın…
Ağarıbmı saçları,
Qəmlidirmi gözləri?
Artıbmı qırışları,
Titrəyirmi dizləri?
İllər qara saçına,
Çəkibmi ağ əlini?
Vaxtsız gələn ayrılıq,
Bükübdürmü belini?
Adımı düşünürmü,
Baxıb aya, günəşə?
Qısqanclıqdan qovrulmur,
Necə dözür atəşə?
Ziyarət eyləyirmi,
Dəfn etdiyi arzusun?
Qarğıyırmı ozünü,
Necə boğur duyğusun?
Mənə ondan danışın…
Bir az gileylənəcəm,
Gileyimi aparın,
“Haqqa əmanət olsun”,
Diləyimi aparın.
Nə istəyir, nə umur?
Nəyi var, nəyi yoxdur?
Məndə olsa deyərdim,
Ürəyimi aparın!
Mənim kimi kədərlə,
Yollara göz dikibmi?
Görən mən çəkdiyimin,
Bir misqalın çəkibmi?
Mənə ondan danışın…
Hayandadır,hardadır?
Bəlkə heç pulu yoxdur,
Çətindədir, dardadır?
Yeməyi vaxtındamı?
Qulluğunda kim durur?
Adımı eşidəndə,
Nəbzi sakitmi vurur?
Mənə ondan danışın…
Sevirmi mənim kimi?
Ümidləri sağdırmı?
Səbri olubmu yarı?
O soyuğu sevməzdi,
Yeri istimi barı?
O da, gedib gələndən
Öyrənirmi yerimi?
Soruşmadı, necədi?
Ölüb, yoxsa dirimi?
Bəlkə vicdanı didir,
Bəlkə üzü yox dönə?
İnanmıram atəşi,
O alovu tez sönə!
Bəlkə qüruru qoymur,
Sevgisini gizləyir?
Dedinizmi o qiz ,
Hələ onu gözləyir?
Mənə ondan danış....
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri