Qatı açılmamış çoxlu kitabım var

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 891
Səs ver:
(səs: 3)

 

Dilarə Əliyeva - 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1996-cı ildən 2009-cu ilədək C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi işləyib. Teatrda oynadığı tamaşalarla yanaşı, "Cavid ömrü”, "Gəlinlər”, "Məhəllə” kimi ondan çox filmə çəkilib. Uzun müddət "Çal-çağır" proqramının aparıcısı olub. Hazırda "Üç bacı” serialında baş rolu ifa edir. "SOY Production” mərkəzinin rəhbəri Oqtay Əliyevlə evlidir, Aytən və Banu adlı iki qızı var.

- Alo, salam. Hardasınız?

- Evdə.

- Nə iş görürsünüz?

- Çay içirəm.

- Ev işləri ilə tez-tez məşğul olursunuz?

- Yox, məşğul ola bilmirəm. Vaxtım olmur.

- Niyə? İşdə nə qədər vaxt keçirirsiniz ki?

- Səhər, günorta, axşam işdə oluram (gülür).

- Çəkilişlər yormur sizi?

- Yormazmı?!

- İşdən vaxt tapıb özünüzə vaxt ayıra bilirsiniz?

- Bir şeyi çox istəmək azdır, gərək lap çox istəyəsən ki, o işin öhdəsindən gələsən. İşimə görə özümə daima baxmalıyam. Yəni əslində özümə qulluq eləməkdən başqa yolum yoxdur.

- Gözəllik salonunda çox vaxt keçirirsiniz?

- 2 saat. Çoxdur ki?!

- Boş vaxtlarınızda nə edirsiniz?

- Özümə baxıram (gülür). Ondan sonra kitab oxuyuram. Çoxlu kitablar almışam, qatları hələ açılmayıb. Kitab oxuyanda sevinirəm ki, nəhayət vaxt tapa bildim mütaliəyə. Oxuyanda elə bil ruhumu təmizləyirəm. Bir sözlə, boş vaxtımı həm xarici, həm də daxili gözəlliyimlə məşğul olmağa sərf edirəm.

- Axırıncı dəfə hansı kitabı oxumusunuz?

- Markesin "Sənin qar üzərindəki izinlə” əsərini oxumuşam.

- Bəs növbədə olan kitablar hansılardır?

- Orxan Pamuk, Markesin başqa əsərlərini almışam. Onları oxumaq istəyirəm.

- İnternetlə aranız necədir?

- İnternetlə heç aram yoxdur. İnsanı yorur internet. Heç sevmirəm.

- Niyə?

- Saytlarda çox vaxt elə başlıqlar qoyurlar, aldanıb girib baxırsan. Amma oxuyanda adamın bütün əhvalı, ovqatı korlanır. Saytlarda o qədər informasiya olur ki... Baxanda özünü mənasız, boş informasiyalarla yükləyirsən. Hər biri insanın beynini məşğul edir, yorur. Mən də işdən elə yorğun gəlirəm ki, heç həvəsim olmur internetə. Yaradıcılıq baxımdan nələrsə əldə edəcəyim bir şey olsa, baxaram.

- İndi evdəsiniz. Yəqin ki televizor açıqdır. Nəyə baxırsınız?

- Evə nə vaxt gəlsəm, qızımın "Nikelodeon”da (Uşaqlar üçün telekanal -red.) baxdığını görürəm. Biz də məcburən onunla birgə baxırıq.

- Böyük qızınızın neçə yaşı var?

- 19 yaşı var.

- Hansı universitetdə oxuyur?

- Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində.

- Universitet dərslərinə köməyiniz olur?

- Yox, qızım atasına-anasına heç vaxt əziyyət verməyib. Çox sərfəli uşaqdır.

- Teatr, aparıcılıq, yoxsa serial?

- Əslində, bunlar bir-birindən çox fərqlənmir. İllər uzunu hər üçünün öhdəsindən gəlmişəm. Məncə, hansınısa bacarmasaydım, digərlərini də edə bilməzdim. Serial çəkilişlərinə başlayanda aparıcılıqdan ayrılmağı seçdim. Çünki 15 ildir, bu işi görürəm, artıq bəsdir. Bütün ağırlığı serial çəkilişlərinə verdim.

- Qarşıdakı planlarınız nədir?

- Seriala davam edirik. Film təklifi də gəlib, inşallah, hələ görüləsi işlərim çoxdur.

- Ən böyük arzunuz nədir?

- Əzizlərimin can sağlığı! Qalan hər şey olsa da olar, olmasa da. Heç nəyi özümə dərd edən deyiləm, can sağlığından başqa.

- Nələrə hirslənirsiniz?

- Mənə qarşı nahaq söz deyilsə, ürəyim o anda partlaya bilər.

- "Kaş bu işlə yox, başqa işlə məşğul olardım” deyirsiniz heç?

- Mən gördüyüm işlərə görə peşmanlıq çəkib, özümü boş yerə yoran adamlardan deyiləm. Hətta nəyisə səhv edəndə, yaxud istəmədiyim bir söz deyəndə ürəyimdə tez fikirləşirəm: "Daha olan oldu, nə etmək olar”. "Kaş” sözü mənlik deyil. Bütün səhvlərimlə barışan, onları təkrarlamamağa çalışan biriyəm.

- "Nə yaxşı bunu vaxtında etmişəm” necə?

- Yəqin hamı kimi mən də bu sözü işlətmişəm, amma indi konkret bir misal gətirə bilməyəcəyəm.
Günel ƏSGƏRZADƏ



(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri