Çimərliklərdə qalan “izlər” - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 391
Səs ver:
(səs: 1)
Yay mövsümündə sərinləmək üçün çimərliklərə üz tutanlar okeanların, dənizlərin sahillərini çirkləndirərək ekoloji problemlər yaradıblar.

Daha çox çirkləndirilmiş çimərliklərin adları açıqlanıb. Siyahıda hətta öz gözəlliyi ilə turistləri cəlb edən Maldiv adalarının çimərlikləri və digər dənizkənarı ərazilər də var.

Xarici mətbuat yazır ki, sərinləmək üçün sahilə üz tutanlar özlərindən sonra böyük bir zibillik qoyub gediblər.

Eyni sözləri Bali (İndoneziya) haqqında da demək olar. Son illər məşhurlaşmış, əcnəbilərin diqqətini cəlb edən Balidə də sahilə xeyli sayda tullantı yığılıb.   

Sakinlər və turistlər Kutada (İndoneziyada) özlərindən sonra "iz” qoyub gediblər.

Son vaxtlar məlum olub ki, Hind okeanı sahillərindəki bəzi adalarda tısbağaların və digər dəniz heyvanlarının tələf olmasının əsas səbəblərindən biri də sahilə plastik əşyaların, eləcə də digər məişət tullantılarının atılmasıdır.

Çimərliklərə üz tutan insanların yay "hücum”undan sonra Qara dəniz sahillərindəki bir sıra çimərliklərdə də ekoloji problem ortaya çıxıb. Fotolardan da görünür ki, bu çimərlikdə çoxlu sayda məişət tullantısı var.

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri