Dəniz
ağlagəlməz ölçüsü və gücünə görə sənətkarlar üçün tez-tez ilham
mənbəyinə çevrilir. Clark Little də Hawai’də yaşayan sörfçü və
fotoqrafdır.
O, dalğa fotoqrafiyası ilə məşğul olur və dənizin gözəlliyini fotolarında mükəmməl rakurslardan bizə təqdim edir.
Little’ın
dalğa fotoqrafiyası ilə məşğul olmağa başlamasının da maraqlı hekayəsi
var. Həyat yoldaşı ondan evlərdə asmaq üçün dalğa fotosu almasını
istəyir. Sörfçü isə yoldaşına, ” Əzizim, şəkil almağa e ehtiyac yoxdur.
Mən sənin üçün daha yaxşısını çəkərəm,” deyərək, işə başlayır.