Cinsi azadlıq: Ehtiyacdır, yoxsa istək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 151
Səs ver:
(səs: 1)
İlk öncə ehtiyac və istəyin mənalarını və bir-birindən nə ilə fərqləndiyini izah edək. İnsanın həyatda qala bilməsi üçün mütləq şəkildə qarşılanması vacib olan şeylərə ehtiyac deyilir. İstək isə bir şeyə qarşı duyulan ləzzət, meyl və arzudur. İnsanın təməl ehtiyacları bunlardır- Yemək, su, sığınacaq, iş və s. İstəklər isə müxtəlif formalarda olur və insanın nəfsi ilə bağlıdır. Bunların arasındakı fərqi bu formada izah etmək olar – su sənin ehtiyacındır, pivə, coca-cola və sairə içkilər isə sənin istəyindir. Cinsi əlaqə sənin ehtiyacındır, amma rəngarəng cinsi fəaliyyətlər isə sənin zövq və istəyinlə bağlı bir şeydir. İnsanların ehtiyacları məhduddur, istəkləri isə qeyri-məhdud. İnsanların istək və arzularının bir sərhəddi yoxdur. Nəfsin istək siyahısı çox ola bilər. Bu siyahıya baxıb təyin olunmalıdır ki, bunların neçəsi insanın həqiqi ehtiyacıdır. Amma bir çox siyahılar nəfsin azğınlığı altında doldurulmuş siyahılardır..
Bizim söhbət mövzumuz isə cinsi əlaqə məsələsini ehtiyac və istək çərçivəsində araşdırmaqdır.
İslam filosofu Mürtəza Mütəhhəri bu haqda yazır: "Cinsi qərizə iki yönə malikdir: cismani və ruhi yönlər. Cismani baxımdan bu qərizə (instikt) məhduddur. Bu nəzərdən bir və ya iki qadın, kişinin cinsi ehtiyaclarının təmin olunması üçün kifayətdir. Lakin bu nahiyədə yarana bilən ruhi yanğı üçün ehtiyacların tam təmin olunması mümkün deyildir. Ruhi yanğı, hərislik formasına düşən bir istəkdir. Yanğının bu növü müntəzəm olaraq yeni-yeni şeylər tələb edir, birindən doyub digərinin ardınca gedir. İxtiyarında on nəfər belə olsa, yenidən başqa on nəfərin dalınca düşür. Qeyd-şərtsiz əlaqələri və üzdəniraq azadlığı məhz yanğının bu növü yaratmışdır. Ona başqa bir ifadə ilə həvəs də deyilir. Həvəs çox səthi olub, insanın qüvvələrini pərakəndə hala salır, yeni-yeni növlərə meyl edir və heç bir əxlaq normasına sığmır. Bu yanğı növü heç vaxt təmin oluna bilməz. Göz heç vaxt gözəlləri görməkdən doymur, qəlb də həmişə gözün ardınca gedir. Belə hallarda qərizəni müxtəlif yollarla təmin etmək mümkün deyildir. İnsanın ruhi istəkləri maddi axarlarda qərar tutsa, heç bir həddə dayanmaz. Hər bir mərhələyə çatdıqda, növbəti mərhələyə yetişmək meyli yaranar. Nəfsani istəkləri nə qədər çox təmin etsən, bir o qədər də artacaqdır. Lakin onu az şeyə adət verdirsən, qənaətə vərdiş edəcəkdir. Freyd və onun kimilərinin ən böyük səhvi, qərizələrin mötədilləşməsinin yeganə yolunu mütləq və qeyd-şərtsiz təmin edilməsində görməsidir. Məhrumiyyət şəhvət hissinin daha da tüğyan etməsinə səbəb olduğu kimi, mütləq şəkildə onun istəklərinə tabe olmaq da onun şölələnməsinə səbəb olur. Cinsi qərizənin həddindən artıq həyəcanlandırılıb təmin edilməsinin çox ağır nəticələri, o cümlədən erkən həddi-buluğa çatmaq, tez qocalmaq və sairə təsirləri vardır…”
Türk Psixiatrı Nevzat Tarhan isə bu haqda bunları yazır: "İnsanın ən önəmli zövqlərindən biri yemək və içməkdir. Yemək içməkdə sərhədsizlik isə köklük xəstəliyini meydana gətirir. Kök insanda xərçəng də daxil olmaqla, bir çox xəstəliyin ifrat dərəcədə artığı bugün elmi cəhətdən təsdiqlənmişdir. Yemək zövqünə sərhəd qoyulması necə doğrudursa, cinsi fəaliyyətlərə də sərhəd qoyulmalıdır..Cinsi əlaqənin ən uzun müddəti səkkiz dəqiqədir. Səkkiz dəqiqə sonra insan, cismi olaraq həzzi itirməyə başlayır. Amma həyat fəlsəfəsi, cinsəlliyi ən böyük zövq olaraq qəbul edən insan yenə də təmin ola bilmir, zidd olan başqa cinsi fəaliyyətlərə yönəlməyə başlayır. Cinsi əlaqədən də zövq ala bilməyən insan, yaşama səbəbini itirmək hislərinə qapılsa, depressiyaya düşəcək. Bu gün İngiltərədə intiharla olan ölüm, yol qəzaları nəticəsində baş verən ölümdən daha çoxdur. Bunun ən böyük səbəbi cinsi azadlıqdır. "Dünyaya bir dəfə gəlirəm, ürəyimin istədiyi kimi hərəkət edə bilməyəcəyəmsə, niyə yaşayım?” kimi yanaşma, ilk anda doğru kimi görünsə də, yaşamaqdan zövq almağı özünə yeganə məqsəd seçən bir insan, bir müddət sonra bu zövqləri davam etdirə bilməməyin sıxıntısını yaşamağa başlayır. Daha çox zövq üçün uyuşdurucuya və pornoya yönəlir. Amma həyat fəlsəfəsini dəyişdirib, azadlıqlarına sərhəd qoymağı və ertələməyi bacarsa, rahatlayacaqdır. Əks halda məqsədsiz bir fərd ortaya çıxır və depresif olması qaçınılmaz olur. Ali bir idealı olmayan, həyatı sadəcə dünya həyatı olaraq düşünən insan niyə azadlıqlarına sərhəd qoysun ki? Azadlıqlarına sərhəd qoymaq onun üçün anlamsızdır. Əgər bir insan ləzzəti cinsi əlaqədən ibarət görməyib, maraq dairəsini ilahi mesaja, insanı heyvanlardan ayıran uca dəyərlərə, bu dəyərlərə sahib olmağın verdiyi ləzzətlərə yönəldə bilsə, depressiyaya qarşı güclü olacaqdır. Ancaq insanları bu dəyərlərə çatdıran şey, şəhvət iyi verən ədəbiyyat, səs-küylü musiqi, porno yayımlar, və sairələr deyil. Həqiqi zövq və həyatdakı xoşbəxtlik, sağlam inanc, doğru əxlaq və həqiqi elm çərçivəsindədir….”
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 7 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri