Kişilər (qadınlar), buna necə dözürsünüz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 421
Səs ver:
(səs: 1)
İnsanlar arasında şəxsi münasibətlərdə qarşılıqlı hörmət başlıca rol oynayır.

Əks halda belə olacaq...

Sevgilinizin (yaxud həyat yoldaşınızın) dostları ilə vaxt keçirməyinə necə baxırsınız?

əvvəl heç cür razılaşa bilmirdim.O qədər mübahisələrimiz yaranırdı ki...çünki onsuz da gedirdi.Sonra buna göz yummağa çalışdım və inanmazsınız hər şey elə yaxşı oldu ki.O məni tək qoyub dostlarının yanına həmişəki kimi çox getmir,sakitləşib.

dəhşət,axı o dostlarında nə görüb,bir halda ki burda onu belə gözəl sevgilisi gözləyir.

mənim sevgilim qızıl kimidir.Heç yerə getmir.Komputerin qarşısından onu qaldırmaq üçün kran lazımdır.

mən buna etiraz edirəm.Qoy onun dostları sevgililərini götürsünlər biz də birlikdə gedək,nə qədər istəyirlərsə gəzək.

şükür allaha belə problemim yoxdur.Sevgilim çox işləyir yorulur.Boş vaxtlarını mənimlə keçirir,görünür mənə qədər doyunca gəzib, gözü doyub.

getsin də...həftədə 1 və ya iki dəfə dostları ilə görüşə bilər.O da dincələr,mən də.Bir birimizi çox yormarıq.

heç vaxt razı olmaram.Bəs mən tək olmalıyam?Bu satqınlıqdır.Mən inciyərəm belə etsə.

Sevgilinizin (həyat yoldaşınızın) mobil telefonunu,kompüter fayllarını tez-tezmi yoxlayırsınız?

mən onun telefonuna baxanda yaman hirslənir,əslində orda hələ ki şübhəli heç nə  ilə rastlaşmamışam.Amma yenə də hər gün baxmalıyam..maraqlıdır

o mənimlə dava etməkdən yorulub buna görə telefonunu parola qoyub,heç cür parolunu tapa bilmirəm.

mən telefonundakı mesajları və ya zəngləri yoxlamıram,sadəcə balansını yoxlayıram ki hesabıma pul göndərsin.Olur da arada mesajlara da baxıram.

ooo bu ki ən vacib məsələlərdən biridir-mobili yoxlamaq.Özü də bunu ondan xəbərsiz etmək maraqlıdır.Amma düzünü desəm o mənim telefonuma baxsa mən hirslənərəm

düşünürəm ki qadınla kişinin bir birindən gizli heç nəyi olmamalıdır.Əgər azad və sərbəst olmaq istəyirsə ailə qurmasın

Sevgilinizin əyləncələrinə münasibətiniz?

off o boksla maraqlanır.Düzdür özü məşğul olmur,amma daim izləyir.Söhbəti  daim boks haqqındadır.Bütün idman növlərinə dözərəm,boksdan başqa.Bir də kompüter oyunlarını

futbol.Mən bir dəfə buna görə ondan ayrılmışam da.Amma sonra barışdıq.İndi o futbola baxanda qarışmıram.

komputer və şəbəkə oyunlarından başqa nə istəsə etsin.Bütün günü kompüterin qarşısında yatmaq olar?

şopping.Bu qadınlar şoppingi də əyləncəyə çeviriblər,ondan zövq alırlar.Heç səbrim çatmır,bir dəfəyə neçə paltar geyinib çıxarmaq olar?Nə qədər maqazinlər gəzmək olar?Sevmirəm rəfiqələri ilə görüşüb idmanla məşğul olmağa getməyini.

Aerobika.Gimnastika,nə bilim daha nələr.Bircə o qalmışdı.

Ev işləri ilə məşğul olsun həmişə formada qalacaq.

Sevgilinizlə necə dava edirsiniz?

biz dava etmirik,müqavilə bağlamışıq:

O çox kobuddur və hər şeydə günahkardır.

Mən çox sevimliyəm,amma birinci barışmalıyam.Vəssəlam.

Mən hər zaman haqlıyam..(hətta bu belə olmasa da),ona görə də həmişə o gəlib barışır.

Adətən mən qışqırıram o isə sakitcə qulaq asır.

başlayıram deyinməyə,sancmağa-o vaxta qədər ki o məni eşidir.Əslində o heç qulaq asmır da,susur gözləyir,mən sakitləşəndə yaxınlaşıb qucaqlayır barışırıq.Amma bəzən də deyir ki mənimlə işin olmasın,yaxınlaşma və s.Davanı isə çox vaxt mən salıram.

o qədər deyinirəm ki,sadəcə durub gedir.Sonra da axtarıram ki barışaq.

Düz iki həftədən sonra başa düşürəm ki mən haqlı deyildim.bu iki həftəni isə onunla danışmıram, görüşmürəm,zənglərinə cavab vermirəm,telefonu hətta söndürürəm də.Özüm dava edirəm,özüm hirslənirəm,kobudlayıram,özüm küsürəm,sonra da özüm səhv etdiyimi başa düşürəm.Qorxa qorxa onu axtarıram ki bəlkə də bu onun sonuncu dözüm həddi olub,bir də mənimlə danışmayacaq.Səbri tükənib,daha bağışlamayacaq.Amma hələ ki dözür.
Səsimi yüksəldən kimi susur.İlahi bu necə də xoşdur.Sakitləşəndən sonra o nə desə etməyə hazıram,bircə mən hirslənəndə susmağı bacarsın.

Bəs sizə hansı cavab uyğun gəlir?
Bir birinizin şəxsi həyatına nə dərəcədə qarışırsınız?
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri