Kişilərə istədiyini etdirməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 33 869
Səs ver:
(səs: 3)
Sevgilinizdən istədiyiniz almaq əlbəttə ki, asan deyil. Bəs, istədiklərinizi əldə edə bilirsinizmi? İlanı yuvasından çıxara bilirsinizmi?
 İstədiyiniz əldə etməkdən qorxmayın. Gələn dəfə sevgilinizdən bir şey istəyərkən etməli olduğunuz və etməli olmadığınız ipuclarına nəzər salın.
Nəzakətli olun – İstədiklərinizi ondan diktatorlar kimi sərt və əmr şəklində soruşsanz, şübhəsiz ki, heç nə əldə edə bilməyəcəksiniz. Növbəti gecə özünüz istirahət edib yeməyi sevgilinizin hazırlamasını istəyirsinizsə, işə tərif deyərək başlayın. Məsələn, "Keçeən həftə hazırladığın yeməyin dadı damağımda qalıb. Yenə də hazırlaya bilərsən?” kimi təriflər deyin. Sadəcə, onun istedadlı olduğu sahələri kəşf edib, vəziyyəti öz lehinizə çəkin.
Bəzən isə heç istəməyin və sadəcə nəzərə çatdırın... Sevgiliniz sizi yaxşı tanıyırsa, ağzınızdan çıxan hər kəlimədən nə istədiyiniz başa düşəcək. Yəni, arifə bir işarə də bəs edir... Əgər işə yaramasa, qadın hiyləsinə əl atın. Unutmayın, qadın istədiyi hər şeyi əldə edə bilər və heç kimə zərər vermisinizsə, "aktrisalıq" etməkdə pis heç  nə yoxdur. Kədərli və əsəbi olduğunuzu hiss etdirin. İstədiyiniz hədiyyəni beləcə əldə edə bilərsiniz. Lakin siz yenə də diqqətli olun. Bəzi kişilər ancaq ona deyilən şeyləri etməyi xoşlayır.
Əvvəlcə siz edin – Bəzən istədiklərinizi almağın ən asan yolu sizin də eyni şeyi ona vermənizdən keçir. Fərz edin ki, sevdiyiniz kişinin sizə masaj etməyini istəyirsiniz. Birinci özünüz edin. Ondan istədiyiniz şeyləri fikirləşin və plan qurun. Zövqü əvvəlcə ona bəxş edin. Sonra eyni şeyi ondan tələb etmək asan olacaq.
Təhdid edərək istəməyin – Heç vaxt kişilərə əmr verən və qaydalar qoyan dominant qadınlardan olmayın. "Mən evə gəldiyim zaman hər yeri təmiz görsəm, yaxşı olar”, ya da "Bu xüsusiyyətdən əl çəkməsən, məni bir daha görməyəcəksən” kimi cümlələr qurmayın. İstəklərinizi bu şəkildə dilə gətirsəniz, onu əsəbiləşdirə və sizdən nifrət etməsinə gətirib çıxara bilərsiniz. Öz əlinizlə, öz evinizi yıxmayın. Son zamanlar sizə qarşı olan diqqətsizliyindən belə cümlələr qurmaq məcburiyyətində qalmısınızsa, ayrılmaq ən doğru qərar olacaq. Sizin üçün ideal namizəd olmayan birini saxlamayın və getməsinə icazə verin. Çünki bu tərz davranışlar münasibətlərizin çox davam edə bilmədiyini göstərəcək.

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 33 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri