Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 938
Səs ver:
(səs: 0)
İnsanlar bəzi hallarda ailə quracaqları tərəf müqabilini seçərkən onun şəxsi keyfiyyətləri ilə yanaşı çalışdığı işə, sənətə də xüsusi diqqətlə yanaşırlar. Xüsusən də bəylərimiz tərəf müqabili seçərkən xanımlarının çalışdığı işə xüsusi diqqətlə yanaşır, bu barədə xanımlarına hansısa qadağalar da qoyurlar.

Bu barədə aparılan araşdırmaların nəticələri də göstərir ki, şərq kişilərinin nəzərində qadına ən uyğun peşələr müəllimə və həkimlikdir. Onlar evlənəcəkləri xanımların bu peşədə çalışmasını arzulayırlar. Bəs görəsən, bu barədə digər ölkə vətəndaşları nə düşünürlər? Onlar üçün evlənəcəkləri insanın hansı peşədə çalışması daha münasibdir?

Brazilya, Kanada, Çin, Fransa, Malaziya və Cənubi Afrikada 5500 nəfər arasında aparılan sorğu nəticələrinə əsasən həkimlər ən çox etibar olunan peşə nümayəndələridir. İnsanlar bu peşədə çalışan şəxslərə daha çox etibar edirlər. Sorğu iştirakçılarının 36%-ə qədəri evlənmək üçün həkimləri, ümumiyyətlə, tibb işçilərini daha ideal tərəf müqabili hesab edirlər. Bunun əksinə olaraq sorğu iştirakçılarının fikrincə, musiqiçilər, jurnalistlər və reklam menecerləri evlənmək üçün ən az güvənilən peşə sahibləridir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri