Gerçək bir centlmen necə davranar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 335
Səs ver:
(səs: 2)
Gerçək bir centlmen hesabı hər vaxt öz ödəyər.
Bəzən sizin hesabı ödəməniz təbii ki, səhv bir hərəkət deyil, amma centlmenliyin ilk qaydası hesabı ödəmək və bunu ən nəzakətli şəkildə etməkdir.

Gerçək bir centlmen, qapıları sizin üçün açar.
Qadınların öz qapılarını özlərinin aça biləcəklərinin son dərəcə fərqindəyik, lakin gerçək bir centlmen bunu sizin üçün etmək istər.
Əgər sevgiliniz sizin üçün restoran, mənzil və avtomobilin qapısını açırsa, onun bu zərif vərdişini təqdir edin.
Sevgilinizin sizin üçün bunu etməsinə icazə versəniz əlaqəniz davam etdiyi müddətcə qapılarınızı açmağa davam edəcək.

Gerçək bir centlmen hər vaxt böyüklərinə hörmət göstərər.
Ailə böyüklərinə hörmət göstərən birini təqdir etməmək əldə deyil. Ayrıca, sevgilinizin böyüklərinə necə davrandığından yola çıxaraq onun xarakteri haqqında bir fikir əldə edə bilərsiniz.
Ətrafındakılarla yaxşı razılaşa bilməyən bir kişi sizinlə də yaxşı razılaşa bilməz.

Gerçək bir centlmen sizə qarşı qoruyucu davranar.
Centlmen sevgiliniz səkidə gedərkən avtomobillərin keçdiyi tərəfdən özü gedər ya da şəhərin sakit bölgələrinə gedəcəksinizsə sizə mütləq yoldaşlıq edər.
Sevgilinizin sizi qorumaq istəməsi və sizi düşünməsi həqiqətən möhtəşəmdir. Özünüzü güclü bir cəngavərin qoruduğu şahzadə kimi hiss edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri