Kişilərin etdiyi 3 əsas geyim səhvi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 284
Səs ver:
(səs: 3)
Bəzən bütün geyimimizi zövqlə seçsək də, gözümüzdən qaçan hansısa bir incəlik, diqqət etmədiyimiz xırda detal bizi ictimaiyyət içərisində zövqsüz insan kimi tanıda bilər. Həmcinslərimiz belə incəliklərə diqqətlə fikir verməsələr də, əmin ola bilərsiniz ki, xanımlar kişinin geyimindəki bütün detalları ən kiçiyinə qədər incələməyi sevirlər. Əziz kişilər, xanımların gözündə "dəbdən xəbəri olmayan kişi” təsəvvürü yaratmaq istəmirsinizsə, aşağıda qeyd olunanları diqqətlə oxuyun. Əksər kişilərin tez-tez geyimlərində yol verdikləri bu üç səhvdən uzaq olun.

Enli köynək
Əksər hallarda kişilər düşünürlər ki, nə qədər boş, enli köynək seçsələr, bu onları bir o qədər kök göstərəcək. Xüsusən də arıq kişilər bu yolla özlərinə kompleks etdikləri "incəlikdən” qurtula biləcəklərini fikirləşirlər. Amma xəbəriniz olsun ki, bu əksər kişilərin yol verdiyi əsas səhvlərdəndir. Çünki böyük ölçülü köynəklər sizi daha da arıq göstərir. Köynəyin əyninizdə necə qalacağını bilmək istəyirsinizsə, çiyinlərinizə baxın. Tam sizin ölçülərinizə uyğun olan köynək çiyinləriniz səviyyəsində olmalıdır: nə çox boş, nə dar.

Boş şalvarlar
Beli aşağı olan şalvarlar 90-cı illərin dəbi idi. O dövrlər isə artıq geridə qalıb. Bəzi hallarda kişilərin şalvarın beli aşağı olmadığı halda onu bu formaya salmağa cəhd etdiklərini görürük. Bu isə kənardan baxan kimi hiss edilir və ətrafda heç də xoş təsurat yaratmır. Daha yaxşı olar ki, seçdiyiniz şalvarın əyninizə nə çox boş, nə də çox dar qalmamasına diqqət edəsiniz. Bu görünüşü seçdiyiniz zövqlü kəmərlə tamamalaya bilərsiniz.

Ətəyi büzüşmüş şalvarlar
Ətəyi burulmuş şalvarlar idman stilində daha arzuolunandır. Buna görə də klassik geyim seçərkən bu tipli şalvar geyinmək qətiyyən məsləhət görülmür. Bununla siz ancaq ətrafdakılarda səliqəsiz geyim təəssuratı yarada bilərsiniz. Şalvarın ətəyi ayağın uzunluğu ilə eyni olmalıdır. Dəbli görünmək istəyirsinizsə, şalvarın ətəyini qısa kəsdirib corabınızın ayaqqabıdan az görünməsinə icazə verə bilərsiniz.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri